Doğum günlərinin şərtli formatlanması - INNAB

Doğum günlərinin şərtli formatlanması

Telefonda doğum günlərinin bizə xatırladılması üçün bildiriş funksiyası var. Buna oxşar funksiyanı Excel faylına da tətbiq edə bilərik. Belə ki, tarix yazılmış xanalara şərtli formatlama (Conditional Formatting) tətbiq edərək hər gün ad günü ola şəxslərin bizə göstərilməsi mümkündür.

Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirmək lazımdır.

  1. Şərtli formatlama tətbiq ediləcək xanalar seçilir və Home -> Conditional Formatting -> New rule əmri icra edilir. Açılan pəncərədə “Use a formula to determine which cells to format” seçimi edilir.
  2. “Format values where this formula is true” hissəsinə bu funksiya yazılır: =AND(DAY(TODAY())=DAY($E2),MONTH(TODAY())=MONTH($E2)) . E2 əvəzinə Siz müvafiq xanalar toplusunun ilk xanasını daxil edəcəksiniz. Funksiya bugünkü tarixin gün və ayını xanalar toplusundakı tarixlərin gün və ayı ilə müqayisə edir. Burada iki şərt var. Həm gün, həm də ay uyğun olmalıdır. Beləliklə, AND funksiyası iki şərtin doğruluğunu yoxlayır. Əgər bugünkü tarixin həm günü, həm ayı hər hansı xana(lar)dakı tarixin gün və ayı ilə eynidirsə, yəni hər iki şərt doğrudursa, həmin xanalara format tətbiq edilir. Əks təqdirdə, format tətbiq olunmur.
  3. Funksiyanı yazdıqdan sonra Format əmrinə klikləyərək istədiyimiz formatı tətbiq edib OK əmrinə klikləyirik. Beləliklə, siyahıda bugünkü tarixə uyğun tarix varsa, formatlanır, yoxdursa, hər gün funksiya şərti yoxlayıb müvafiq tarixi tapdıqda formatlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir