ACCA F3 kursu - INNAB

ACCA F3 kursu

Kurs haqqında: F3 (Financial Accounting) ACCA kvalifikasiyasının “Fundamentals Knowledge” modulunun üç əsas imtahanından biridir. Tədris müddətində maliyyə hesabatlarının əsas prinsipləri və konsepsiyaları izah olunacaq, maliyyə hesabatlarının hazırlanması  qaydaları öyrədiləcək. Bu kurs vasitəsilə mühasibatlıq üzrə dərin biliklərə sahib olacaq,  şəxsi biznesiniz və şirkətlər üçün maliyyə hesabatları hazırlanmasını öyrənəcəksiniz. Kursda iştirak etməklə ilk cəhdinizdə imtahandan uğurla keçmək şansınızı artırmış olacaqsınız. Tədrisin sonunda ödənişsiz konsultasiya keçiriləcək.

Sertifikat: Təlimin sonunda iştirakçılar ACCA-in rəsmi imtahanlarından uğurla keçərək yüksək dərəcəli beynəlxalq sertifikat əldə edə bilərlər.

Kursun dili: İngiliscə

Kursun müddəti: Dərslər 3 ay (50 saat) çərçivəsində həftədə 1 dəfə (həftə sonu) keçiriləcəkdir. Hər dərsin müddəti 4 saat olmaqla, iki saatın sonunda 30 dəqiqəlik fasilə nəzərdə tutulub.

Kursun qiyməti: 390 AZN (Bolkartla hissə-hissə ödəmək də mümkündür).

Kursun materialları: İştirakçılar təlim materialları ilə təmin olunacaqlar.

Kursun təlimçisi:

Toğrul Babayev – hal-hazırda nüfuzlu yerli holdinqlərin birində baş maliyyə analitiki olaraq çalışır. Big4-da  audit üzrə 1.5 il, ümumilikdə isə maliyyə və mühasibatlıq sahəsi üzrə 3 ildən artıq təcrübəyə sahibdir. ACCA F1, F2, F3, F4, F5, F6, F7, F8, F9, P1, P3 sertifikatlarına malikdir. Qafqaz Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, Glasgow Universitetində isə Beynəlxalq mühasibatlıq və maliyyə menecmenti ixtisası üzrə magistr dərəcəsi almışdır.

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Tel: 050 290 61 21; 012 594 01 94

E-poçt: contact@innab.org

Ünvan: Caspian Plaza, 1-ci korpus, 12-ci mərtəbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir