Əlaqəli yazılar

BA II Plus Kalkulyator

Maliyyə və statistika üzrə hesablamaların daha sürətli aparılması üçün ən çox istifadə edilən elektron hesablama maşını növlərindən biridir. Bir çox beynəlxalq sertifikatlı imtahanlarda (CFA, FRM və d.) bu kalkulyatordan istifadəyə icazə verilir. Maliyyə və statistika üzrə əsas göstəricilərin  BA II Plusda hesablanması aşağıda göstərilmişdir:

  • Kalkulyatorun Tənzimlənməsi

1

Bundan sonrakı hesablamalar standart kalkulyator rejimində hesablanacaqdır. Rejimin bir dəfə tənzimlənməsi kifayət edir, hər dəfə kalkulyatordan istifadə edərkən yenidən tənzimlənməyə ehtiyac yoxdur.

  • Vahid məbləğin gələcək dəyəri (FV)

Bu gün 100 AZN illik 10% dərəcəsi ilə depozit qoyulsa, faizlərin illik hesablandığını nəzərə alaraq, 5 ilin sonunda əldə edəcəyimiz məbləği hesablayaq?

2

Pulun zaman dəyəri ürzə hesablamalarda kalkulyatorun 3-cü sətrindən istifadə edilir (qirmizi xətlə işarə etmişik). [2nd ] [QUIT] düymələrini sıxmaqla standart rejimə qayıdırıq. [2nd ] [CLR TVM] düymələrini sıxmaqla daha əvvəl Pulun zaman dəyəri ilə bağlı apardığımız hesablamalar sıfırlanır ([CLR TVM] yaşıl oxla qeyd etmişik). PMT 5 il ərzində edilən ödənişləri göstərir, bu misalda 5 il ərzində heç bir ödəniş olmadığı üçün PMT=0. Nəticəni əldə etmək üçün [CPT] düyməsi sora isə tapmaq istədiyimiz FV (gələcək düyməsi) düyməsi sıxılır. Əldə edilən nəticənin mənfi olmasının səbəbi odur ki, biz bugünki məbləği müsbət işarə ilə daxil etmişik (PV=100). Əgər biz bugünki məbləği mənfi işarə ilə daxil etsək (PV= -100), FV=161.051 olacaq. Bugünki məbləğlə gələcək məbləğ həmişə əks işarəli olur.

  • Bugünki dəyər (PV), Gələcək dəyər (FV) və Müddət (N) verildiyi halda Faizin (I/Y) hesablanması

Bu gün 100 AZN qoyulmuş depozitdən 5 ilin sonunda 165.01 AZN əldə ediləcək. Depozitin illik faiz dərəcəsi nədir?

3

PV (bugünki dəyər) və FV (gələcək dəyər) eyni işarə ilə daxil edildikdə kalkuyatorda nəticə Error göstərir.

  • Vahid məbləğin gələcək dəyəri (faiz rüblük hesablandıqda)

Bu gün 100 AZN illik 10% dərəcəsi ilə depozit qoyulsa, faizlərin rüblük hesablandığını nəzərə alaraq, 5 ilin sonunda əldə edəcəyimiz məbləği hesablayaq?

İlk olaraq, müddəti və faizi tapaq. Faizlər rüblük hesablandığı üçün müddət N=5(il)*4(rüb)=20. Bizə verilən faiz illik faiz olduğu üçün rüblük faizimiz I/Y=10%(illik faiz)/4(rüb)=2.5%.

4

Eyni misalda gürdüyümüz kimi faizin hesablanması dövrlüyünü artırdıqda gələcək dəyər çoxaldı. Faiz dərəcəsini illik tətbiq etdiyimizdə FV= -161.05, rüblük tətbiq etdiyimizdə isə FV= -163.861 oldu.

  • Vahid məbləğin gələcək dəyəri (faiz davamlı (continious) hesablandıqda)

Bu gün 100 AZN illik 10% dərəcəsi ilə depozit qoyulsa, faizlərin davamlı (continious) hesablandığını nəzərə alaraq, 5 ilin sonunda əldə edəcəyimiz məbləği hesablayaq?

Faizlərin davamlı (continious) hesablandığı halda gələcək dəyər aşağıdakı düstürla hesablanır

FV=PV*eRT

R-faiz dərəcəsi

T-müddətdir

Yəni, FV=100*e0.1*5, bunu kalkulyatorun köməyi ilə çox asan hesablaya bilərik

5

  • Vahid məbləğin bugünki dəyəri (PV)

Əgər 5 il sonra bizə 161.05AZN pul lazımdırsa, bankın faiz dərəcəsinin 10% olduğunu və faizlərin illik hesablandığını nəzərə alsaq, o pulun bugünki dəyərini hesablayaq:

6

  • Vahid məbləğin bugünki dəyəri (faiz davamlı (continious) hesablandıqda)

Əgər 5 il sonra bizə 164.87 AZN pul lazımdırsa, bankın faiz dərəcəsinin 10% olduğunu və faizlərin davamlı (continious) hesablandığını nəzərə alsaq, o pulun bugünki dəyərini hesablayaq:

Faizlərin davamlı (continious) hesablandığı halda bugünki dəyər aşağıdakı düstürla hesablanır

PV=FV*e-RT

R-faiz dərəcəsi

T-müddətdir

Yəni, PV=164.87*e0.1*5, bunu kalkulyatorun köməyi ilə aşağıdakı kimi hesablaya bilərik

7

  • Annuitet məbləğin gələcək dəyəri (ödənişlər dövrün sonunda aparılır-Ordinary Annuity)

Annuitet interval üzrə ödənilən sabit pul məbləğidir.

3 il müddətinə, hər ilin sonunda 100 AZN banka depozit qoyulur. 3-cü ilin sonunda bu məbləğ nə qədər olacaq? Nəzərə alsaq ki, bank faizləri illik hesablanır, və faiz dərəcəsi 10% təşkil edir.

8

  • Annuitet məbləğin bugünki dəyəri (ödənişlər dövrün sonunda aparılır-Ordinary Annuity)

3 il müddətinə, hər ilin sonunda 100 AZN banka depozit qoyulur. Bu depozitlərin bugünki dəyəri nə qədərdir? Nəzərə alsaq ki, bank faizləri illik hesablanır, və faiz dərəcəsi 10% təşkil edir.

9

  • Annuitet məbləğin gələcək dəyəri (ödənişlər dövrün əvvəlində aparılır-Annuity Due)

3 il müddətinə, hər ilin əvvəlində 100 AZN banka depozit qoyulur. 3-cü ilin sonunda bu məbləğ nə qədər olacaq? Nəzərə alsaq ki, bank faizləri illik hesablanır, və faiz dərəcəsi 10% təşkil edir.

10

[2nd ] [BGN] [2nd ] [SET] düymələrini sıxmaqla biz kalkulyatoru elə rejimə keçiririk ki, bu rejimdə daxil edilən ödənişlərin dövrün əvvəlində aparıldığı nəzərə alınır. [BGN] düyməsi yuxarıda kalkulyatorda qırmızı ilə qeyd edilmişdir.

  • Xalis bugünki dəyər (Net present value – NPV)

100 manat investisiya üzrə növbəti 4 il ərzində pul axınları aşağıdakı cədvəldə qeyd edilmişdir.

11

Gəlin investisiyanın xalis bugünki dəyərini hesablayaq. Kalkulyatorda xalis bugünki dəyər ikinci sətirdəki (şəkildə qirmizi ilə qeyd edilmişdir) düymələrin köməyilə hesablanır.

12

13

  • Daxili gəlirlilik faizi (internal rate of return – IRR)

Bu faiz elə bir faizdirki, bu faiz həddində investisiya üzrə gəlirlərin cəmi xərclərin cəminə bərabər olur. Bu faiz dərəcəsi ilə hesablanan xalis bugünki dəyər sıfıra bərabərdir.

100 manat investisiya üzrə növbəti 4 il ərzində pul axınları aşağıdakı cədvəldə qeyd edilmişdir.

14

Gəlin, gəlirləri xərcə bərabərləşdirən və xalis bugünki dəyəri sıfıra bərabər edən faiz həddini hesablayaq.

aa

Deməli, faiz dərəcəsi 26.84% olarsa investisiya üzrə gəlirlər xərclərə bərabər olacaqdır. Nəticədə, investisiyanın xalis bugünki dəyəri sıfıra bərabər olacaq.

  • Toplu və seçmənin standart kənarlaşması

Fərz edək ki, verilənlərimiz bunlardır: 15, -5, 12, 22. Bu verilənlər üzrə standart kənarlaşmanı hesablayaq.

16

STAT və DATA düymələri şəkildə qırmızı ilə qeyd eddilmişdir.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.