Blank cells insert (Boş sətir əlavə etmə) - INNAB

Blank cells insert (Boş sətir əlavə etmə)

Bəzən rəhbərliyin istəyindən asılı olaraq hesabatlarda hər bir sətirdən sonra bir boş sətrin əlavə edilməsi zərurəti yarana bilər. Bunun üçün aşağıda göstərdiyim addımlardan istifadə edə bilərsiniz.

Fərz edək ki, aşağıdakı şəkildə bir hesabat hazırlamısınız  və bu hesabatda hər sətirdən sonra bir boş sətirin əlavə edilməsi rəhbərlik tərəfindən tapşırıq kimi verilmişdir.

 

1

Bunun üçün E sütununa “Sıra no” adlı bir başlıq artıraraq E2 xanasından E10 xanasına kimi cüt ədədlər ardıcılığını yazaq. E 11 xanasından E20 xanasına kimi isə tək ədədlər ardıcıllığını yazaq.

2

 

Sonra isə A1:E20 cədvəlini seçərək Home- Sort&Filter-Costum Sort menyusundandən istifadə edərək E sütununu kiçikdən böyüyə doğru sıralayaq.

3

Ok düyməsinə tıkladıqdan sonra aşağıdakı şəkildə göründüyü kimi bir cədvəl yaranmış olacaqdır. E1:E20 cədvəlini seçib yenidən çərçivəyə salaq.

siralama

Yuxarıda göründüyü kimi istənilən hesabat formatı alındı. Bu əməliyyatın yüzlərlə sətiri olan bir hesabata tətbiq edilə bilinəcəyini nəzərə alsaq bizə xeyli zaman qazandıra biləcəyi qənaətindəyəm.

Diqqətinizə görə çox sağ olun.

Bir cavab yazın