Countif funksiyanın tərkibində * işarəsinin istifadəsi - INNAB

Countif funksiyasının tərkibində * işarəsinin istifadəsi

Countif funksiyası şərtə görə sayma əməliyyatını yerinə yetirir. Bu funksiyanın praktikaya tətbiqi zamanı * işarəsindən tez-tez istifadə olunur. * işarəsi kriteriyadakı bir neçə simvolu əvəz edir.

Funksiyanın sintaksisi belədir: =COUNTİF(range,criteria). Range şərtin yoxlanılacağı xanalar toplusunu, criteria isə kriteriyanı ifadə edir.

Funksiyanın praktiki həllinə dair bir nümunəyə nəzər salaq.

A sütununda sorğuda iştirak edənlərin ad, soyadı, B sütununda isə onların iş yerləri göstərilib. Bu siyadı neçə nəfərin bankda işlədiyini tapmaq lazımdır. İş yeri sütununa nəzər salsaq, Bank sözünün həm əvvəldə, həm ortada, həm də axırda yazıldığı xanalar var. Funksiyaya 2-ci kriteriya olaraq “*Bank” ötürsək, Bank sözünün axırda olduğu xanaları hesablayacaq. Əgər kriteriyanı “Bank*” şəklində yazsaq, Bank sözünün əvvəldə olduğu xanaları sayacaq. Bütün halları sayması üçün kriteriya olaraq “*Bank*” daxil etməliyik.

Countif daxilində * işarəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir