Exceldə CountIF funksiyası - INNAB

CountIF funksiyası

Bu günə kimi, bəlkə də Exceldə CountİF funksiyası qarşınıza çıxmış, üstündən keçib getmisiniz. Amma, bu məqalədə bu funksiyanın bilmədiyiniz tərəfləri ilə Sizi tanış etmək istəyirəm.

Funksiyanın mahiyyəti: CountİF funksiyası müəyyən xanalarda hansısa bir simvolun, sözün, rəqəmin sayının tapılması üçün istifadə edilir.

Sintaksisi: =COUNTIF(“Axtarılan xanalar”;”Axtarılan kriteriya”)

Ölkələrin məlumatlarını özündə əks etdirən cədvəl verilmişdir. Bu cədvəldə hansı ölkənin adının neçə dəfə təkrarlandığını tapmaq üçün aşağıda şəkildə göstərilən şəkildə düsturdan istifadə edilir.

1

Yuxarıda CountİF funksiyasının sadə şəkildə istifadə qaydası ilə tanış olduq. İndi isə daha üstün səviyyəsi ilə tanış olaq.

Müəyyən simvolla başlayan mətnləri saymaq üçün axtarılan simvoldan sonra * işarəsi qoyulur.

2

Müəyyən simvolla bitən mətnləri saymaq üçün axtarılan simvoldan əvvəl * işarəsi qoyulur.

3

Müəyyən simvolu özündə saxlayan mətnləri saymaq üçün axtarılan simvoldan əvvəl və sonra * işarəsi qoyulur

4

Tərkibində text olmayan xanaları saymaq üçün =COUNTIF(seçilən xanalar;”<>*”) sintaksisindən istifadə edilir.

5

Tərkibində ancaq text saxlayan (rəqəm olmayan) xanaları saymaq üçün =COUNTIF(Seçilən xanalar;”<>”&””) sintaksisindən istifadə edilir

6

Müəyyən simvolla başlayıb və müəyyən uzunluqda sözləri saymaq üçün =COUNTIF(seçilən xanalar;”A??”) sintaksisindən istifadə edilir. A burada simvoldur, üç ? işarəsinin isə olması isə A ilə başlayan 3 hərfli sözləri saymaq anlamına gəlir.

7

Şəkildən də göründüyü kimi A hərfi ilə başlayan 3 hərfli söz ABŞ sözü 5 dəfə
Təkrarlanır.

Müəyyən rəqəmdən böyük, kiçik, böyükdür və ya bərabərdir, kiçikdir və ya bərabərdir və bərabər deyil rəqəmlərinin sayını tapmaq üçün >,<, >=,<=, <> simvollarını ədədin qarşısına yazmaq kifayətdir. Məsələn =COUNTIF(A1:A13;”<5″) yazılışı A1 və A13 xanalarında 5 dən kiçik rəqəmləri saymaq üçün istifadə edilir.

uyğun simvolları hansısa hərfin qarşısına qoyduqda əlifba siyahısında ondan əvvəl və ya sonra gələn simvolları saymaq mümkündür. Məsələn, =COUNTIF(A1:A9;”<N”) düsturu A1 və A19 xanalarında N hərfindən əvvəl gələn sözləri saymaq üçün istifadə edilir.

Yuxarıda qeyd etdiklərimin hamısını bir-bir tətbiq edərsəniz, asanlıqla dediklərimi tətbiq edə bilərsiniz.

Bir cavab yazın