OM 1 - Excel haqqında ilkin anlayışlar, köçürmə və kəsmə əməliyatları - INNAB

OM 1 – Excel haqqında ilkin anlayışlar, köçürmə və kəsmə əməliyatları

Müəllif: Fərqanə Qasımova

Müasir iş dünyasında böyük verilənlər bazası ilə işləmək üçün bir çox proqramlardan istifadə edilir. Bu proqramlardan biri də MS Excel proqramıdır.

                                                  Exceldə istifadə olunan anlayışlar

Proqramı açarkən, ekranda gördüyümüz hər bir hissəciklər “Xana” adlanır.

Xanaların ölçülərinin iki koordinatı var:

1) Sütun – Sütunlar adətən hərflərlə işarələnir. (Proqramın seçimlər hissəsindən kordinatların ədədlərlə də görünməsini təmin etmək olar)

2) Sətir – Sətirlər isə rəqəmlərlə işarələnir.

Ekranın aşağı sol hissəsində “Sheet” adlanan ilk səhifə və onun yanında  “+” işarəsi mövcuddur.Hansı ki, bu “+” işarənin köməyi ilə biz əlavə olaraq, bir və ya bir neçə səhifə aça bilərik. Ekranın yuxarı hissəsində proqramın menyu panelləri yerləşir.Bundan əlavə ekranın yuxarı sol küncündə -xanalarla menyu panelləri arasında- iki xana vardır ki, bu xanaların köməyilə istifadə edilən xananın nömrəsini və ya həmin xanada hansı formulanın mövcud olduğunu müəyyən etmək və lazım gələrsə hətta dəyişdirmək də olar.

shekil1

 

Menu panelləri:

1) Home paneli – İlk olaraq, bu paneldə mübadilə adlanan “Clipboard“ qrupunu öyrənək.Bu qrup altında bir neçə bölmələr var ki,bunları da biz istifadə etdikcə öyrənəcəyik.Bu bölmələrdən istifadə etmək üçün bizə xanalar üzərində əməliyyat aparmaq gərəkdir.Bunun üçün biz məhsulun adından , sayından, qiymətindən və ümumi məbləğindən ibarət olan bir baza yaratmalıyıq. Məs:

Məhsulun adıSayıQiymətiMəbləği
Kitab157             105(=B2*C2)
Karandaş10220
Telefon82502000

 

Bildiyimiz kimi məbləğ say və qiymətin hasilindən formalaşır.(Say * Qiymət=Məbləğ)

Say və qiymətin hasilini tapmaq üçün məbləğ bölməsinə funksiya əlavə etməliyik.Bunun üçün məbləğ bölməsindəki lazım olan xanaya belə bir funksiya =B2*C2 yazmalıyıq və enter düyməsini basmalıyıq =B2*C2 enter.

Qeyd: Excel xanasına funksiya tətbiq edərkən, təkcə “ = ” işarəsi deyil, digər “ + “ və ya   “  – “  işarələrindən də istifadə etmək olar.Əgər biz funksiyanı “ + “  işarəsilə  başlatsaq, o zaman funksiyanın əvvəlinə avtomatik olaraq “ = ” işarəsinin əlavə olunduğunu görərik.Bu zaman nəticə olduğu kimi qaldığından bu üsul yalnış sayılmaz.Lakin, biz funksiyanı  “ – “  işarəsilə başlatsaq, bu zaman da avtomatik olaraq “ = ” işarəsinin əlavə olunduğunu görərik,amma, nəticə baxımından uyğunsuzluq olaraq cavab “ – “  mənfi ədəd alındığından bu üsul yalnış üsul sayılır.

Funksiyanı digər xanalara da tətbiq etmək üçün ilk tətbiq olunan xananın aşağı sağ küncündən tıklayaraq, aşağıya dartmaq lazımdır və ya həmin xananın aşağı sağ küncündə iki dəfə kursoru tıklamaq  lazımdır.Exceldə funksiyadan istifadə edərək sadə hesablamaları yerinə yetirmək üçün  “* / + – “ operatorlarından istifadə edilir.

“*”  vurma ; “/“  bölmə ; “+” toplama ; “-“ çıxma

Bazanın yaradılmasında qurulan cədvəli çərçivəyə almaq üçün Front qrupunda All borders  yəni bütün kənarların sərhədləri bölməsinə tıklayırıq.Cədvələ fərqlilik vermək üçün ilk sətri arxa fondan rəng verərək ayırırıq.

AllBorders

Hər hansı bir xanaya şərh əlavə etmək üçün həmin xananın üzərində sağ düyməni tıklayırıq ,İnsert comment seçirik və rəyimizi yazaraq yaddaşa vura bilərik. Bunu daha qısa yolla  etmək üçün Shift və F₂ düymələrini birlikdə basmaq lazımdır.

insertcomment

Cədvəldə olan hər hansı bir məlumatın dəyişilməsi Formatlama adlanır.

Copy (Ctrl+C) – Surətləmə                                                                                                                 Bir məlumatı mübadilə panelinə köçürmək üçün istifadə olunur.Hər hansı bir cədvəldə və ya xanada mövcud olan məlumatı digər tərəfdə də təkrarlamaq istəyiriksə,bu zaman CopyPaste bölmələrindən istifadə edirik . Lazım olan obyekti seçərək Copy edirik və lazım olan yerə kursoru vuraraq , Paste edirik   və ya  Copy etmək üçün Ctrl+C ; Paste etmək üçün isə Ctrl+V düymələrini birlikdə basa bilərik.

Cut (Ctrl+X) – Kəsmək                                                                                                                            Hər hansı bir obyekti olduğu yerdən kəsərək, lazım olan yerə tətbiq etmək üçündür.Bunun üçün obyekt seçilir Cut   tıklanır lazım olan sahədə bir hissə seçilərək Paste edilir və ya obyekt seçilərək Ctrl + X və tətbiq ediləcək hissə qeyd edilərək Ctrl + V basılır.

 

   Format painter                                                                                                                                  

  Bu əmr vasitəsi ilə bir və ya bir neçə xananın formatını mübadilə panelinə əlavə etmək olar.Eyni zamanda digər xanalara da tətbiq etmək olar.Bunu üçün obyekt seçilir format painter  və lazım olan hissədə bir xananın üzərinə tıklamaqla obyektin eynisini ora tətbiq etmk lazımdır.Bu halda  obyekti yalnız bir dəfə tətbiq etmək olar.Amma,obyekti seçərək,format painter   əmrini 2 dəfə tıklamaqla obyekti bir və ya bir neçə yerə tətbiq etmək olar.

formatpainter

Qeyd: Edilən hər hansı bir əməliyyatı  Ctrl + Z və ya ekranın yuxarı sol küncündə yerləşən ox “ → “  işarələrinin sola yönələn tərəfini tıklamaqla addım-addım geri qayıtmaq olar.

Paste (Ctrl+V)                                                                                                                                           Hər hansı bir məlumatların digər xanalara tətbiq edilməsi üçün həmin məlumatların seçilərək əlavə edilən mübadilə panelidir.Əgər mübadilə panelinə heç bir məlumat daxil olmarsa,bu zaman Paste əmrindən istifadə etmək olmayacaq.Bunu üçün mütləqdir ki, mübadilə panelinə hər hansı bir məlumatı əlavə edərək əmr aktiv edilsin.Əmr aktiv edildikdən sonra əmrin alt hissəsində açılan pəncərədə bir neçə müxtəlif görünüşlü hissələr görmək olar.Pəncərədə görünən hissələr pəncərənin aşağı hissəsində yerləşən Paste special  xanasında öz əksini tapmaqdadır.Bu xananı açmağın qısa yolu Ctrl +Alt+V dir.

Paste Special Paste bölməsinə aid olan hissələr.

1)All – hamısı                                                                                                                                                   Bu hissəni qeyd etməklə seçilən obyekti hər bir detalı ilə digər xanalara tətbiq etmək olar. Yəni, bu halda bir xanada olan həm funksiyalar, həm dəyərlər, formatlar, rəylər digər xanalara köçürülmüş olacaq.

2)Formulas – Formula                                                                                                                                    Bu hissəni qeyd etməklə bir xanada olan formula və ya funksiyanı digər lazım olan bir xanaya tətbiq etmək olar.Bu əməliyyatı qısa yolla icra etmək üçün  bu əmrlərdən istifadə edilir: Xana→ Ctrl C→Əlavə ediləcək xana →Ctrl+Alt+V→Formulas→ok.

3) Values –  Dəyərlər                                                                                                                                                       Bu hissəni qeyd etməklə bir xanada mövcud olan hər hansı bir formulanı ləğv etmək və ya xanadakı məlumatı göründüyü kimi (formulasız) digər bir xanaya tətbiq etmək olar.Bu əməliyyatı qısa yolla icra etmək üçün bu əmrlərdən istifadə edilir:                                                     İstifadə ediləcək xana→Ctrl C→Ctrl+Alt+V→Values→ok.

4)Formats –   Format                                                                                                                                                 Bu hissəni qeyd etməklə seçilmiş obyektin formatını eyni ilə digər bir obyektə tətbiq etmək olar.                                                                                                                                                   Qeyd:Bu hissə Format painter  hissəsi ilə eyni xüsusiyyətə malikdir.

5)Comments – Şərh                                                                                                                                                Bu hissəni qeyd etməklə bir xanada olan commenti digər bir xanaya da tətbiq etmək olar.Bunun üçün Comment olan xana →Ctrl C→Tətbiq ediləcək xana→Ctrl+Alt+V→Comments əmri seçilməklə OK tıklanır.

 

pastespecial

Uğurlar!

 

 

 

 

 

 

 

2 Responses

  1. Aybaniz dedi ki:

    Innab komandasi her seye gore cox sagolun…cox eziyyet cekirsiz vallah, Allah sizden razi olsun… InsAllah cekdiyiniz eziyyetin behresini de gorersiniz)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir