Əlaqəli yazılar

Exact funksiyası

Bəzən bizə iş həyatında iki mətnin bir-biri ilə eyni olmasının yoxlanılması zərurəti yaranır. Bunun üçün Exceldə Exact funksiyasından istifadə edilir.

Funksiyanın sintaksisi =EXACT(1ci xana;2 ci xana) kimidir. Funksiya “True” və “False” qiymətlərini qaytarır. “True” olanda müqayisə edilən iki mətn bir biri ilə eynilik təşkil edir. Misalda daha ətraflı müzakirə edək.

1

Yuxarıdakı şəkilə diqqət etsəniz görərsiniz ki, A2 və B2 xanalarına yazılan “Nahid” sözləri eynidir,  lakin funksiya “False” qiymətini qaytarıb. B2 Xanasına diqqət etsək görərik ki, “Nahid   ” (sözdən sonra 3 boşluq buraxılmışdır) kimi yazılmışdır. Bu kimi gözlə görünməyən hallarda belə Exact funksiyası bizim işimizə yaraya bilər.

2


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.