MS Excel 2013 proqramı ilə sistem tənliklərin matris üsulu ilə həlli - INNAB

OM5 – Microsoft Excel 2013 proqramı ilə sistem tənliklərin matris üsulu ilə həlli

Müəllif:Məhərrəmzadə Məhiş

Salam,dostlar!Bu məqaləmdə sizlərə Microsoft Excel 2013 proqramı ilə sistem tənlikləri əks matris üsulu ilə necə həll etməli olduğunuzu izah edəcəm.Diqqətinizə çatdırım ki,bu tip məsələlərin həlli riyaziyyat sahəsi ilə məşğul olan insanlar üçün böyük əhəmiyyət daşıyır.

Tutaq ki,bizə aşağıdakı sistem tənlik verilmişdir:

x1-13x2+4x3=-9

3x1+21x2-5x3=2

4x1+3x2-5x3=5

Tənliyin sol tərəfində,x-lərin qarşısındakı əmsallar A,tənliyin sağ tərəfindəki rəqəmlər isə B matrisini əmələ gətirir:

A                                    B

1  -13  4                              -9

3   21 -5                               2

4   3   -5                               5

Qeyd etdiyimiz matrisləri Excel 2013-də müvafiq xanalara yazırıq:

p1

Əks matris üsulu ilə sistemi həll etmək üçün A matrisinin əks matrisini tapmaq lazımdır.Bunun üçün isə A matrisinin əks matrisini qeyd edəcəyimiz xanaları seçməliyik.Biz N3:P5 seçirik.Siz istədiyiniz diapazonu seçə bilərsiniz:

p2

Növbəti addımda FORMULAS başlığının Math&Trig bölməsindən MİNVERSE funksiyasını aktivləşdiririk:

p3

Qarşımıza çıxan ekranda A matrisi olaraq E3:G5 diapazonunu Array bölməsinə daxil edib,OK düyməsinə basırıq:

p4

Beləliklə,ilk nəticəni aldıqdan sonra digər nəticələri də almaq üçün F2 düyməsini basılı vəziyyətlə saxlamaqla CTRL+SHİFT+ENTER kombinasiyasından istifadə edirik:

p5

Biz A matrisinin əks matrisini tapdıq.İndi isə yekun həlli tapmaq üçün alınmış əks matrisi B matrisinə vurmaq və yekun nəticənin yazılacağı xanaları seçmək lazımdır.Biz bu xanaları L10:L12 olaraq seçirik:

p6

Matrislərin vurulması üçün FORMULAS başlığındakı Math&Trig bölməsindən MMULT funksiyasını aktivləşdiririk:

p7

Qarşımıza çıxan pəncərədə Array1-ə əks matrisi,yəni N3:P5 diapazonunu,Array2-ə isə B matrisini,yəni K3:K5 xanalarını daxil edib,OK düyməsinə basırıq:

p8

Gördüyünüz kimi ilk nəticəni almış olduq.Digər nəticələri də almaq üçün biraz əvvəl qeyd etdiyimiz kimi F2 düyməsini basılı vəziyyətdə saxlayıb CTRL+SHİFT+ENTER kombinasiyasından istifadə etmək lazımdır:

p9

Beləliklə,biz Microsoft Excel 2013 proqramından istifadə etməklə sistem tənliyi matris üsulu ilə həll etmiş olduq.Ümid edirəm ki,sizlər üçün faydalı məqalə olar.

 

İzahın video versiyasına aşağıdakı linkdən baxa bilərsiniz.

 

 

 

 

1 Response

  1. Rasim dedi ki:

    Çox faydalı oldu, bəyəndim, yeni təcrüblərinizi gözləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir