Excel diapazonu üzrə məlumatların birləşdirilməsi - INNAB

Excel diapazonu üzrə məlumatların birləşdirilməsi

Bəzən Excel xanalarında yazılan məlumatları bir xanada birləşdirməli oluruq. Bunun üçün  CONCATENATE funksiyasından və ya sadəcə ampersand işarəsindən (&) istifadə edə bilərik. Lakin bu yol həmişə işə yaramır. Çünki  CONCATENATE funksiyası parametr olaraq xanaları bir-bir qəbul edir, yəni birbaşa diapazona istinad etsək, məlumatları birləşdirmək əvəzinə nəticə olaraq yalnız bir xananın məlumatını qaytaracaqdır.

Buna görə də xanaların sayı çox olduqda məlumatlarıı birləşdirmək üçün CONCATENATE funksiyasından istifadə etmək əlverişsizdir, çünki hər bir xananı bir-bir daxil etməli olacağıq. Bu problemi aradan qaldırmaq üçün aşağıdakı üsuldan istifadə edə bilərik:

  • Nəticə əldə edəcəyimiz xanaya =TRANSPOSE(A1:A4) və ya =A1:A5 funksiyasını daxil edib ENTER düyməsini sıxırıq.
  • Funksiyadakı A1:A4 hissəsini qeydə alıb F9 (bu işə yaramasa, Fn+F9) düyməsini sıxırıq. Bu əməliyyat funksiyanı dəyərlərə çevirir.
  • Alınan nəticədə fiqurlu mötərizələri silib TRANSPOSE funksiyasının əvəzinə CONCATENATE yazırıq və ENTER düyməsini sıxırıq.

Yekun olaraq =CONCATENATE(A1;A2;A3;A4) funksiyası alınır, lakin xanaları bir-bir daxil etməyimizə ehtiyac qalmadan bu üsulla istənilən sayda xananı birləşdirə bilərik.

Bu əməliyyat sözlərin arasına boşluq əlavə etmədən onları birləşdirir. Sözlər arasına boşluq əlavə etmək üçün aşağıdakı üsuldan istifadə edirik:

  • Nəticə əldə edəcəyimiz xanaya =TRANSPOSE(A1:A4)&” ” və ya =A1:A5&” ” funksiyasını daxil edib ENTER düyməsini sıxırıq.
  • Funksiyadakı A1:A4 hissəsini qeydə alıb F9 (bu işə yaramasa, Fn+F9) düyməsini sıxırıq. Bu əməliyyat funksiyanı dəyərlərə çevirir.
  • Alınan nəticədə fiqurlu mötərizələri silib TRANSPOSE funksiyasının əvəzinə CONCATENATE yazırıq və ENTER düyməsini sıxırıq.

Yekun olaraq =CONCATENATE(A1,” “,A2,” “,A3,” “,A4) funksiyası alınır.

Boşluq əvəzinə defis, vergül və s. istənilən işarədən istifadə etmək olar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir