Əlaqəli yazılar

Exceli öyrənə bilməməyimiz üçün 5 səbəb

Təxminən 3 il olar ki, Exceldən bildiklərimi başqalarına öyrətməyə başlamışam. Öyrətdiklərim insanların 80%-i Excel haqqında ilkin bilikləri olub, aralarında hətta bu proqramı ilk dəfə təlim zamanı açan da olub. Buna baxmayaraq, bu dostlarımdan artıq 4-ü proffesional səviyyədə Excelin tədrisi ilə məşğuldurlar. Bu 4 tələbəni “ulduz” hesab etsəm də, digər tələbələri də heç də başqalarından geri qalmır. Bütün bunları deməkdə məqsədim odur ki, indiyə kimi təlim keçdiyim 70-ə yaxın iştirakçını müşahidə edərək Onların öyrənməmə səbəbi kimi aşağıdakı qeydləri götürmüşəm.

  1. Tədris zamanı deyilənlərin böyük əksəriyyətini qeyd almaq istəyən şəxslər tədrisin sonunda uğurlu olmurlar. Məsələn, adi IF şərt funksiyasının izahı zamanı bir neçə tələbənin “=IF(A1>0;”müsbət ədəddir”;”mənfi ədəddir”) ” şəklində qeyd apardığını müşahidə eləmişəm. Növbəti dərsdə bu funksiyanın tətbiqinə dair tapşırıq verəndə həmin tələbələrin qeyd dəftərlərini axtardığını gördüm. Təbii ki, bu kimi qeydlərin aparılması birmənalı olaraq yanlışdır. Çünki bu funksiyanı bir az da uzatsaq, bunun yadda saxlanılması demək olar ki, mümkün olmayacaq. Bu səbəbdən funksiyaların tələb etdiyi arqumentləri məntiqi olaraq başa düşmək və tətbiq etmək daha faydalıdır.
  2. Hansısa bir əmri izah edərkən, iştirakçıların Mənimlə bərabər bu işi icra etdiyini görürəm. Təbii ki, eyni anda tətbiq etdiyindən nəzərindən qaçan məqamlar ola bilər. Bu da öz növbəsində mövzunun tam mənimsənilməməsi deməkdir. Məsələn, Verilənlərin məhdudlaşdırılmasını izah edərkən ümumi mahiyyəti başa düşməyinə baxmayaraq, “Ignore blank” seçimini xatırlamaya bilirlər. Bu da qeyd etdiyim səbəblə əlaqədardır.
  3. Başa düşdükləri hansısa bir mövzunu müəllim izah edə-edə yanındakı yoldaşına izah etməsi kimi durumlar da var. Bu səbəbə görə təlimlərdə iştirakçılardan bir nömrəli xahişim kimin sualı olarsa birbaşa Mənə ünvanlanması olur. Yəqin ki, razılaşarsınız ki, dərsi yeni öyrənmiş tələbəninin izahı ilə müəllimin izahı arasında fərqlər yerlə göy qədərdir.
  4. Dərslərdə edilən tapşırıqların evdə təkrar edilməməsi. Təsəvvür edin, tədris müddətində 200-ə yaxın funksiya izah edilir. Bütün bu funksiyaları evdə təkrar etməklə daha da yaxşı mənimsənilməsinə nail olmaq olar. İstənilən halda evdə edilən tapşırıqlar biliklərinizin möhkəmləndirilməsi üçün əla şansdır.
  5. Dərsə davamiyyətin olmaması. Tədris zamanı dərsə davamiyyət çox önəmli məsələlərdən biridir. Çünki dərslərin çoxu bir-biriylə zəncirvari şəkildə bağlı olduğuna görə ortada buraxılan bir dərsin fəsadları çox ola bilər.

Exceli bilənlər təsdiq edər ki, bu proqramı bilməklə Siz həm vaxtınıza qənaət edə, həm hesabatlarınızın daha mükəmməl olmasına nail ola bilərsiniz. Bu proqramı öyrənməmək üçün isə heç bir bəhanəniz yoxdur. Çünki, innab.org saytında 0-dan mükəmmələ doğru bu proqramın bütün əmrləri izah edilmişdir. Buyurub faydalana bilərsiniz.


Əgər onlayn dərslərə davam etməkdə nizam-intizamlı deyilsinizsə, “INNAB”-ın ofisində peşəkar müəllimlər tərəfindən interaktiv şəkildə keçirilən təlimlərə də qatılmaq imkanınız var. innab.org saytına daxil olaraq təlimlərimizə qeydiyyatdan keçə, peşəkar komandamızın üzvləri tərəfindən keçirilən, iştirakçılar tərəfindən yüksək məmnuniyyət qiyməti alan kurslarda iştirak edə bilərsiniz. Öyrənmək üçün bəhanə saxlamadıq! Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var.

Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə,

– youtube kanalımıza http://bit.ly/2uHsiIL),

– bloqumuza (http://innab.org/),

– facebook (https://www.facebook.com/innab.org/),

– linkedin (https://www.linkedin.com/school/10683873),

– instagram (https://www.instagram.com/innab__org) səhifəmizə abunə olmaqla

həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz. Peşəkar inkişafınızı təxirə salmayın, öyrənməyə elə indi başlayın! Əlavə məlumat üçün 050 290 6121 nömrəsi ilə əlaqə saxlaya və ya “INNAB”-ın facebook səhifəsinə (https://www.facebook.com/innab.org/) yaza bilərsiniz.

Əlaqəli yazılar