Əlaqəli yazılar

Excel panellərində olmayan maraqlı əmrlər

Excelin File panelindəki Options bölməsi vasitəsilə panellərdə olmayan faydalı və maraqlı əmrləri cəld müraciət panelinə (Quick Access Toolbar) əlavə etmək mümkündür. Bunun üçün ilk öncə ardıcıllıqla aşağıdakı əmrlər icra olunur: File-Options-Quick Access Toolbar. Açılan pəncərənin “Choose commands from” hissəsindən “Commands Not in the Ribbon” seçimi edib aşağıdakı əmrləri əlavə edə bilərik:

  1. AutoFilter – istənilən kriteriya üzrə verilənləri cəld filterləməyə imkan yaradır. Məsələn, işçilərin məlumatlarını özündə əks etdirən cədvəldə maaşı 800 manat olan şəxsləri seçmək üçün Maaş sütununda 800 yazılan xanalardan birinin üzərində Autofilter əmrini icra etmək kifayətdir. Eyni əməliyyatı bir neçə kriteriya üzrə aparmaq mümkündür.
  2. Dollar Sign ($) – Dollar işarəsini klavyaturadan deyil, sadəcə bir kliklə istənilən xanaya əlavə edə bilərsiniz.
  3. Calculator – kalkulyator vasitəsilə istənilən hesablamanı cəld apara bilərsiniz.
  4. Speak Cells – xanada yazılan həm mətn, həm də ədəd tipli məlumatları tələffüz edir. Funksiya olan xanalarda funksiyanın nəticəsini oxuyur.

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar