Əlaqəli yazılar

Excel sənədini blokdan necə azad edək?

Bu yaxınlarda Mənim üçün çox önəmli olan bir excel sənədini arxivimdən tapdım. Sənədə yazdığım düsturlara baxmaq istəyimdə daha əvvəl bu düsturları gizlətmək üçün müəyyən etdiyim kodu unutduğumu başa düşdüm.  Düzünü desəm əvvəl çox təəssüf hissi keçirdim. Sonra həmişə özümü motivasiya etdiyim bir cümlə düşdü – “Exceldə ağıla gələn hər şey mümkündür”. Müraciət elədim həmişəki kimi internet resurslarına, bir çox proqram tapdım, ancaq işimə yarayan olmadı. Nəhayət, oxuduğum bir məqalədəki makrodan istifadə edərək sənədi blokdan azad etdim. Bu yazımda istəyirəm ki, həmin makronu və necə işlətmək lazımdır onu Sizinlə paylaşım.

1. Developer menyusuna daxil olun. Əgər, Sizdə bu menyu görünmürsə linkdəki yazımı oxuyaraq görünə bilinən edə bilərsiniz.

2. Alt + F11 kombinasiyasından istifadə edin. Açılan pəncərədə sol hissədə View code seçimini edin

1

3. Sağ hissəyə aşağıdakı kodu copy&paste edin.

Sub PasswordBreaker()

‘Breaks worksheet password protection.
Dim i As Integer, j As Integer, k As Integer
Dim l As Integer, m As Integer, n As Integer
Dim i1 As Integer, i2 As Integer, i3 As Integer
Dim i4 As Integer, i5 As Integer, i6 As Integer
On Error Resume Next
For i = 65 To 66: For j = 65 To 66: For k = 65 To 66
For l = 65 To 66: For m = 65 To 66: For i1 = 65 To 66
For i2 = 65 To 66: For i3 = 65 To 66: For i4 = 65 To 66
For i5 = 65 To 66: For i6 = 65 To 66: For n = 32 To 126
ActiveSheet.Unprotect Chr(i) & Chr(j) & Chr(k) & _
Chr(l) & Chr(m) & Chr(i1) & Chr(i2) & Chr(i3) & _
Chr(i4) & Chr(i5) & Chr(i6) & Chr(n)
If ActiveSheet.ProtectContents = False Then
MsgBox “One usable password is ” & Chr(i) & Chr(j) & _
Chr(k) & Chr(l) & Chr(m) & Chr(i1) & Chr(i2) & _
Chr(i3) & Chr(i4) & Chr(i5) & Chr(i6) & Chr(n)
Exit Sub
End If
Next: Next: Next: Next: Next: Next
Next: Next: Next: Next: Next: Next
End Sub

4. F5 düyməsinə tıklayın və ya aşağıdakı şəkildəki kimi Run Sub/UserForm seçimini edin.

2

Beləliklə, bloklanmış xanada Siz password ekrana çıxmış olacaq.

3

Ümid edirəm, bu məqaləni yalnız xoş məqsədlər üçün istifadə edəcəksiniz.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar