Microsoft Excel VBA kursu (Makros) | İNNAB Peşəkar İnkişaf Platforması

Excel VBA (Makros) Kursu

Kurs haqqında: INNAB Sizə VBA (Visual Basic for Applications) kursunun peşəkar tədrisini təklif edir. VBA (Visual Basic Application) normal Visual Basic dilinin MS Office proqramlarında istifadəyə uyğunlaşdırılmış versiyası, Office proqramlarının funksionallığını artıran bir dildir. MS Excel proqramında işləyərkən uzun müddət və əmək tələb edən işləri, layihələri daha qısa müddətdə və səmərəli şəkildə yerinə yetirmək üçün VBA dili ilə yazılan makrolardan istifadə olunur. Makro bir kliklə tətbiq edə biləcəyiniz əmrlər çoxluğudur. Bu yolla MS Exceldə tətbiq etdiyiniz əməliyyatları avtomatlaşdırmaq mümkündür. Exceli sevir və bu proqramda işləməkdən zövq alırsınızsa, VBA kursu Sizin üçün maraqlı olacaq və onu rahatlıqla öyrənəcəksiniz.

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Kursun planı: Bu linkdən tanış ola bilərsiniz.

Kursun dili: Azərbaycan

Kursun müddəti: Dərslər 6 həftə (24 saat) çərçivəsində həftədə 2 dəfə keçiriləcək.

Kursun qiyməti: 194 AZN (Bolkartla hissə-hissə ödəmək də mümkündür).

Kursun materialları: İştirakçılar elektron materiallarla təmin olunacaqlar.

Kursun təlimçisi:

Orxan Şirinli – hazırda “Atəşgah” Sığorta Şirkətində Anderraytinq və Məhsulların İnkişafı İdarəsinin rəisi vəzifəsində çalışır, məsul aktuaridir.  Bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetində “İqtisadi Kibernetika” ixtisası üzrə almışdır.

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Tel: 050 290 61 21; 012 594 01 94

E-poçt: contact@innab.org

Ünvan: Caspian Plaza, 1-ci korpus 12-ci mərtəbə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir