Excel xanasına ancaq siyahıdakı məlumatların daxil edilməsi - INNAB

Excel xanasına ancaq siyahıdakı məlumatların daxil edilməsi

Exceldə Data-Data Validation seçimini edəndə açılan pəncərədə Allow hissəsində olan Listi izah etməyə çalışacağıq. Bu məhdudiyyətdən xanaya istifadəçi tərəfindən ancaq siyahıda olan dəyərləri daxil etmək icazəsi vermək üçün istifadə edilir.

Məsələn, Siz A1 xanasına məlumat daxil edilərkən ancaq ilin aylarının adlarını daxil edilməsini istəyiriksə, aşağıdakı əməliyyatları etməliyik.

1. Ayların adlarını Exceldə G sütunundakı xanalara yazaq

data1

 

2. A1 xanasının üzərinə gələk, Data-Data Validation – Allow seçimini edək, açılan pəncərədə Listi seçək

data2

3. Source hissəsində ayların adlarını özündə saxlayan siyahını seçib ok düyməsinə tıklayaq.

data3

4. Beləliklə, A1 xanasına siyahıda qeyd edilən dəyərləri daxil edə biləcəyik. Bundan kənarlaşmalar olduqda ekrana xəta mesajı çıxacaqdır.

data5

 

Bir cavab yazın