Excel xanasına yazılan düsturun gizlədilməsi - INNAB

Excel xanasına yazılan düsturun gizlədilməsi

Bəzən bizə xanaya yazdığımız düsturun digərləri tərəfindən görünməsini məhdudlaşdırmaq lazım olur. Bunun üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.

1. Düstur yazılmış xanaları seçin

2. Sağ düyməsini tıklayaraq “Format Cells” seçin

3. Açılan pəncərədə Protection menyusundan “Hidden”  seçim düyməsini tıklayın.

4. Data – Protect Sheet menyusunu seçib aktiv olan işçi vərəqini qorumaq üçün şifrə daxil edin.

Beləliklə, biz xanalara yazılmış düsturları digər istifadəçilər tərəfindən görünməsini məhdudlaşdırmış olduq.

Bir cavab yazın