Əlaqəli yazılar

Exceldə AND funksiyası

 AND funksiyası bir neçə şərti eyni anda yoxlayıb geriyə true və ya false qiymətlərini qaytarır. Funksiyanın yazılışı =AND(şərt1;şərt2;şərt3;…;şərtn) şəklindədir.

Fərz edək ki, bizə şagird adları və Onların birinci və ikinci yarımildə aldıqları qiymətlər verilmişdir. Biz birinci və ikinci yarımildəki qiymətlərinə baxaraq həmin şagirdin dərs ilini müvəfəqqiyətlə tamamladığına və ya tamamlamadığını müəyyən edəcəyik. Şərtimiz ondan ibarət olacaq ki, şagirdin birinci və ya ikinci yarım ildə aldığı qiymət 2dən böyük olmalıdır.

Bunun üçün D2 xanasına =AND(B2>2;C2>2) funksiyasını yazaraq digər xanalara da şamil edək.

and_funksiyasi

Beləliklə, AND funksiyasından istifadə edərək hər iki yarım ildə imtahanlardan 2dən yüksək qiymət alan tələbələri müəyyən etmiş olduq. True qiyməti verilən hər iki şərtin doğru olması anlamına gəlir.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.