Əlaqəli yazılar

Exceldə birləşdirilmiş xanaların tapılması və aradan qaldırılması

Exceldə xanaların birləşdirilməsi digər əməliyyatların yerinə yetirilməsində problemlərə səbəb ola bilər. Məsələn, birləşdirilmiş xanaları sıralamaq (sort) istəsək, ekrana xəta mesajı çıxacaq və əməliyyat icra olunmayacaq.

Şəkildən göründüyü kimi A4 və A5 xanaları, eləcə də A10 və A11 xanaları birləşdirildiyi üçün sort əməliyyatı icra olunmur. Bu problemi aradan qaldırmaq üçün birləşdirilmiş xanaları tapmaq və ayırmaq (əvvəlki vəziyyətinə qaytarmaq) lazımdır. Böyük məlumat bazası ilə işləyərkən birləşdirilmiş xanaları bir-bir ayırmaq (unmerge) uzun müddət tələb etdiyi üçün bunun daha asan üsulu var.

Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla icra edirik:

  • Birləşdirilmiş xanaları tapmaq istədiyimiz diapazonu seçirik.
  • Home –> Editing –> Find & Select –> Find menyusuna daxil olur və ya Ctrl+F qısa yolundan istifadə edirik. Find and Replace dialoq pəncərəsi açılır.
  • Açılan pəncərədə Options düyməsinə klikləyirik və bununla da axtarış imkanları genişlənir.
  • Genişlənmiş Find and Replace dialoq pəncərəsində Format düyməsinə klikləyirik.
  • Açılan pəncərədə Alignment başlığı altında Merge Cells seçiminin qarşısına ✓ işarəsi qoyub OK klikləyirik.
  • Find and Replace dialoq pəncərəsində Find All düyməsinə klikləyirik. Beləliklə, diapazon üzrə bütün birləşdirilmiş xanalar Find and Replace dialoq pəncərəsinin aşağısında siyahı şəklində görünür.
  • Siyahıdakı bütün xanaları seçmək üçün ilk xanaya klikləyirik, Shift düyməsini sıxıb saxlayır və sonuncu xanaya klikləyirik.
  • Xanaları ayırmaq üçün Home menyusundakı Merge & Center əmrinə klikləyirik.

Birləşdirilmiş xanaları rəngləmək və ya silmək üçün Home menyusunun müvafiq əmrlərindən istifadə edə bilərik.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar