Exceldə boş xanaların yuxarıdakı xanadakı dəyərlə doldurulması - INNAB

Exceldə boş xanaların yuxarıdakı xanadakı dəyərlə doldurulması (orta səviyyə)

Exceldə Pivot hesabatın və digər hesabatların nəticəsi olaraq aşağıdakı şəkildə hesabat forması alınır.

331-300x201

Şəkilə diqqət edərsəniz, görərsiniz ki, A sütununda bəzi xanalar boşdur. Biz bu boş xanaları doldurmaq üçün klassik metod aşağıdakı şəkildə göründüyü kimi yuxarıdakı xanaları tutub aşağıya doğru çəkməkdir.

332-300x166

Bu metodu bir neçə minlik sətrdə tətbiq edilməsi çox vaxt sərf edilən bir əmək olmaqla yanaşı, həmçinin effektli yol hesab edilmir.

Bu yazımda boş xanaları doldurmaq üçün ikinci alternativ yolu izah etməyə çalışacam.

1. Doldurulması lazım olan xanaları sahəsini seçək. (A2:A12)

2. Home-Find&Select-Go to special seçimini edin

3. Açılan pəncərədə Blanks seçinini edib OK düyməsinə tıklayın

4. Seçilən boş xananı ondan bir üst xanaya bərabər edərək Ctrl+Enter düymələrini birlikdə tıklayın

Nəticə olaraq boş xanaları doldurmuş olduq. Yuxarıdakı əməliyyatların xülasəsini aşağıdakı gif faylında görə bilərsiniz.

333-300x151

 

1 Response

Bir cavab yazın