Exceldə böyük hərfə görə hissələrə ayırmaq - INNAB

Exceldə böyük hərfə görə hissələrə ayırmaq

Exceldə ad və soyad bir birinə birləşik olaraq verilmişdir. Ad və Soyadda ancaq baş hərflər böyük hərflə yazılmışdır. Bizə lazımdır ki, aşağıdakı şəkildəki kimi, “NahidNəsirov” sözündə ikinci “N” hərfinə görə “Nahid” və “Nəsirov” sözlərindən ibarət iki hissəyə ayıraq.

p12-300x157

Cavab: Bunun üçün bizə aşağıdakı əməliyyatları icra etmək lazım olacaq.

1. Mətni soldan sağa doğru kəsmək. Bunun üçün left funksiyasından istifadə edəcəyik. Bildiyimiz kimi, Left funksiyası iki arqument qəbul edir. Birinci arqument verilmiş mətn, ikinci arqument isə həmin mətnin soldan sağa doğru kəsiləcəyi uzunluq. Bizim misalda mətn “NahidNəsirov” sözündür. Kəsiləcək hissə isə ikinci “N “hərfinin olduğu yerə qədər olan hissədir ki, bu da həmin misalda 6 cı simvoldur.

2. Deməli ikinci mərhələdə bizə lazımdır ki, qeyd edilən simvolların neçənci yerdə yerləşdiyini tapaq. Bu işi isə bir neçə funksiyanın köməkliyi ilə tapacağıq.

a. MID funksiyasından istifadə edərək “NahidNəsirov” sözünü “N”,”a”,”h”,”i”,”d”,”N”,”ə”,”s”,”i”,”r”,”o”,”v” simvollarından ibarət xəyali hissələrə ayıraq.

b. FIND  funksiyasından istifadə edərək ABCDEFGHIJKLMNOPQRSTUVWXYZƏİĞÖÜÇŞ simvollarının yerləşdiyi yeri tapaq.

c. ROW və INDIRECT funksiyalarından istifadə edərək onu xəyali olaraq sətrlər boyu düzək

d. ISNUMBER funskiyasından istifadə edərək həmin simvollara uyğun olanlara 1, olmayanlara isə 0 yazaq

3. SUMPRODUCT və LEN funskiyasından istifadə edərək həmin 1 və 0 ların hasilinin cəmini tapaq.

4. Funksiya nəticə olaraq bizə 6 qiymətini qaytarır. Beləliklə, “NahidNəsirov” sözunün soldan sağa doğru 6 simvol kəsərək uyğun nəticəni alacağıq.

Bu funksiyanı birləşdirsək aşağıdakı kimi bir funksiya alınar.

=LEFT(A2;SUMPRODUCT(ISNUMBER(FIND(MID(A2;ROW(INDIRECT(“A$1 :A”&LEN(A2)));1);”ABCDEFGHIJKLMNOPQRSTUVWXYZƏİĞÖÜÇŞ”))*ROW(INDIRECT(“A$1:A”&LEN(A2))))-2)

Yuxarıdakı funksiya ilə Biz ümümi mətndən “Nahid” sözünü ayırmış olduq. İndi isə C2 xanasına =RIGHT (A2;LEN(A2)-LEN(B2)) funskiyasını yazaraq verilmiş mətni sağdan B2 xanasına yazılan sözün uzunluğu qədər kəsib çıxaraq. Bununla da “Nəsirov” sözünü almış olduq.

Bir cavab yazın