Exceldə CHAR funksiyası - INNAB

Exceldə CHAR funksiyası

Exceldə CHAR funksiyası verilmiş kodun ASCII cədvəlində olan simvol qarşılığını qaytarır. Məsələn, 64 ədədinin simvol qarşılığı @ işarəsidir.

Funksiyanın sintaksisi = CHAR(Xana və ya ədəd) şəklindədir.

char

Qeyd etmək istəyirəm ki, simvolları özündə saxlayan ASCII və UNICODE cədvəlləri mövcuddur. Bizim istifadə etdiyimiz simvollar (ə,ğ,ı,ü,ş,ö,ç və s.) ASCII cədvəlində deyil, UNICODE cədvəlində qeydə alınmışdır. Əgər, Sizə maraqlı olarsa bu cədvəllərə komouterinizdən daxil olaraq baxa bilərsiniz. Bunun üçün START menysuna charmap yazaraq Enter düyməsini tıklayın. Açılan pəncərədə UNİCODE cədvləni görə bilərsiniz.

unicode

Əgər, ASCII cədvəlinin görmək istəsiniz, googleda asanlıqla axtarıb tapa bilərsiniz.

Bir cavab yazın