Exceldə CODE funksiyası - INNAB

Exceldə CODE funksiyası

Exceldə CODE funksiyası  CHAR funksiyası ilə əks məntiqlə işləyir. Belə ki, CHAR funksiyası ilə biz kodun simvol qarşılığını tapırdıqsa, CODE funksiyası ilə isə simvolun ASCII cədvəlində olan kod qarşılığını tapmış oluruq.

Sintaksisi: ==CODE(Simvol və ya xana) şəklindədir.

Əgər, @ işarəsinin kod qarşılığını tapmaq istəyiriksə eyni funksiyanı tətbiq edək.

CODE

Şəkildən gördüyünüz kimi funksiyamız bizə 64 nəticəsini qaytardı. Bu o deməkdir ki, @ işarəsinin kod qarşılığı 64 ədədidir.

Ümid edirəm, faydalı oldu.

Bir cavab yazın