Əlaqəli yazılar

Exceldə dərəcə işarəsinin (°) yazılması

Klavyaturada dərəcə işarəsi üçün heç bir düymə nəzərdə tutulmayıb. Lakin onun Excel xanasına yazılmasının bir neçə üsulu var. Biz onlardan ikisi ilə tanış olacağıq.

CHAR funksiyası ilə

Exceldə CHAR (Simvol) funksiyası verilmiş kodun ASCII cədvəlində olan simvol qarşılığını qaytarır. Dərəcə işarəsinin kodu isə 176-dır. Əgər Excel xanasına =CHAR(176) yazsaq, ° işarəsini qaytaracaq. Əgər xanaya 37° yazmaq lazımdırsa, =37&CHAR(176) funksiyasını daxil etməliyik. Funksiyanın nəticəsi 37° olacaq.

Menyudan daxil edilməsi

Menyudan ardıcıllıqla Insert –> Symbols –> Symbol seçimi edirik.

Aşağıdakı kimi pəncərə açılır. Font bölməsindən Verdana seçimi edib əvvəlcə ° işarəsinə, sonra isə Insert əmrinə klikləyirik və həmin işarə xanaya daxil edilir.

Qeyd. Digər işarələri də yuxarıda qeyd olunan üsullar vasitəsilə Excel xanasına daxil etmək mümkündür.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar