Exceldə ədədin indeksdə və ya qüvvətdə yazılması qaydaları

Exceldə ədədin indeksdə və ya qüvvətdə yazılması qaydaları

Exceldə işləyərkən xanaların, yazıların formatlanması bəzən çox vaxtımızı alır. Bu səbəbdən növbəti bir neçə yazımı Exceldə formatlama bölməsinə həsr etməyi düşünürəm. Bu yazımda mətnlə bağlı bir neçə formatlama əməliyyatından danışacam.

Xanaya hər hansı bir k ədədinin qüvvətini yazmaq üçün aşağıdakı ardıcıllıqla işlər yerinə yetirilməlidir.

1. Qüvvətdə yazılacaq ədəd seçilir

1

2. Font qrupuna daxil olunur. (Ctrl+Shif+F)

 

2

3. Açılan pəncərədə superscript seçimi edilir.

3

Beləliklə, xanaya qüvvətin yazılmasını təmin etmiş olduq.

Xanaya indeksli bir ədədin yazılması. Riyaziyyatda, Kimyada və digər sahələrdə indeksi əədədlər yazmaq ehtiyacı yaranır. Məsələn, H2O3 kimyəvi formulunu yazmaq üçün aşağıdakı əməliyyatlar yerinə yetirilməlidr.

1. Indeksdə yazılacaq ədəd seçilir.

4

2. Font qrupuna daxil olunur. (Ctrl+Shif+F)

5

Açılan pəncərədə subscript seçimi edilir.

6

Beləliklə, xanaya indeksli ədəd yazmış olduq.

Xanaya yazılan ədədin üzərindən xəttin çəkilməsi. Bəzən xanaya yazılan ədədin diqqətə alınmaması üçün üzərindən xətt çəkilməsi tələb olunur. Bunu üçün aşağıdakı əməliyyatlar yerinə yetirilir.Üzərindən xətt çəkiləcək mətn seçilir.

  1. Yuxarıda göstərilən qaydada Font qrupuna daxil olunur.
  2. Strikethrough seçimi edilir

7

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir