Exceldə qısayollar (shortcuts) -1

Exceldə izahlı qısayollar (shortcuts) -1

Alt+R+A kombinasiyası ilk dəfə icra olunanda səhifədəki rəylər gizlədilir, ikinci dəfə icra olunanda isə göstərilir.

Alt+H+W kombinasiyası Wrap Text əmrini yerinə yetirir.

Ctrl+L qısayolu vasitəsilə yeni cədvəl yaratmaq mümkündür.

Ctrl+0 (sıfır) kombinasiyası vasitəsilə seçilmiş sütunları gizlətmək mümkündür.

 

Ctrl+9 kombinasiyası vasitəsilə seçilmiş sətirləri gizlətmək, Ctrl+Shift+9 vasitəsilə isə gizlədilən sətirləri göstərmək mümkündür.

Ctrl+Space (boşluq işarəsi) cari sütunu, Shift+Space cari sətiri, Ctrl+Shift+Space isə cari işçi səhifəni (boş xanada sıxıldıqda) qeydə alır.

Alt+F1 seçilmiş cədvəl əsasında qrafik hazırlayır.

Ctrl+Shift+& xananı çərçivəyə alır, Ctrl+Shift+_isə xananı çərçivədən azad edir.

Ardıcıllıqla Alt, H, B, A düymələrini sıxdıqda xana çərçivəyə alınır.

AlT+H+A+R xanadakı məlumatı sağda, AlT+H+A+L xanadakı məlumatı solda, AlT+H+A+C xanadakı məlumatı mərkəzdə yerləşdirir.

Alt+H+0 (sıfır) ədədin kəsr hissəsinə sıfır artırır, Alt+H+9 isə ədədin kəsr hissəsini yuvarlaqlaşdırır.

Ctrl+Shift+↓  cari xanadan başlayaraq növbəti boş xanaya qədər sütundakı dolu xanaları seçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir