Əlaqəli yazılar

Exceldə rəngli xanaların sayının tapılması

Exceldə rəngli xanaların sayının tapılması üçün nəzərdə tutulmuş funksiya yoxdur. Lakin Excelin mövcud əmr və funksiyalarından istifadə edərək rəngli xanaların sayını tapmaq mümkündür.

Aşağıdakı cədvəldə iki rəngdə (yaşıl və narıncı) xanalar var. E sütunundakı rəngli xanaların sayını tapmaq üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetiririk:

  1. Cədvəlin aşağısında istənilən xanada =SUBTOTAL(102,E2:E20) funksiyasını yazırıq. Funksiyanın nəticəsi 19-dur, çünki bu halda bütün xanaları sayır. Yalnız rəngli xanaları sayması üçün növbəti əməliyyatların icrasına davam edirik.
  2. Cədvəlin ilk sütununu seçib menyudan Data –> Sort and Filter –> Filter əmrini icra edirik. Beləliklə, cədvəlin ilk sütununa filter tətbiq olunur.
  3. E1 xanasındakı drop-down-a klikləyib Filter by Color seçimini edirik. Cədvəldə 2 rəng olduğu üçün bizə 2 seçim təklif olunur.
  4. Narıncı rəngi seçsək, SUBTOTAL funksiyasının nəticəsinin dəyişib 4 olduğunu görərik. Eyni üsulla yaşıl rəngli və ya rənglənməmiş xanaların da sayını tapa bilərik.

SUBTOTAL funksiyası aralıq cəmləri göstərən funksiyadır. Bu funksiya vasitəsilə xanalar filter edildiyi zaman yalnız görünən xanaların dəyərlərinin cəmlənməsi, ədədi ortasının, sayının və s. tapılması mümkündür. 102 ədədi ədədlərin sayının tapılması üçün istifadə olunur. Əgər B sütunu üzrə rəngli xanaların sayını tapmaq istəsək, SUBTOTAL funksiyasının tərkibində 102 əvəzinə, 103 yazmalıyıq. Yəni funksiya belə olacaq: =SUBTOTAL(103,B2:B20) . Çünki 102 yalnız ədəd olan xanaları saydığı halda, 103 bütün dolu xanaları sayır, yəni mətn olan xanaları da nəzərə alır. Beləliklə, burada 102 COUNT, 103 isə COUNTA funksiyasını əvəz edir.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar