Exceldə SUBSTITUTE funksiyası - INNAB

Exceldə SUBSTITUTE funksiyası

Exceldə mətn üzərində əməliyyatlar icra edərkən mətn daxilində hər hansı bir simvolun digər bir simvolla əvəz edilməsi zərurəti yarana bilər. Bunun üçün Excel bizə Substitute funksiyasın təklif edir. Belə ki, Substitute funksiyası bir mətn daxilində bir simvolu başqa simvolla əvəz edilməsinə bizə icazə verir. 

Sintaksisi: =SUBSTITUTE(Mətn;köhnə hərf və ya söz;yeni hərf və ya söz)

Fərz edək ki, “Bazarda olan shirketlerin mövcud sheraiti” sözündə “sh” sözünü “ş” hərfi ilə əvəz etmək zərurəti yaranıb. Bunun üçün Substitute funskiyasından istifadə edərsək, aşağıdakı nəticəni alarıq.

substitute

 

Bir cavab yazın