Exceldə təkrar məlumatın əlavə edilməsinin məhdudlaşdırılması - INNAB

Exceldə təkrar məlumatın əlavə edilməsinin məhdudlaşdırılması

Excel cədvəllərindəki təkrar məlumatların silinməsi üçün hazır əmrlər var. Bəs təkrar məlumatın əlavə edilməsini necə məhdudlaşdırmaq olar?

Bunun üçün Excelin sadə funksiyalarından biri olan COUNTİF funksiyasından istifadə edə bilərik.

İşçilərin ID kod və ad, soyadlarından ibarət aşağıdakı cədvələ nəzər salaq. Hər işçinin ID kodu fərqli olduğundan ID kod sütununa təkrar məlumatın əlavə olunmasının qarşısını almaq lazımdır.

İlk növbədə funksiyanın necə işləyəcəyini görmək üçün həmin işçi səhifəsində köməkçi sütun yaradaq və =COUNTİF(A:A,A2) funksiyasını yazaq. Funksiya sütun üzrə məlumatları yoxlayır. Məlumat təkrarlanmayıbsa, funksiya 1 nəticəsini qaytarır, əks halda məlumatın təkrarlanma sayını qaytarır. Aşağıdakı nümunədə 2 dəfə təkrarlanan məlumatlar var.

 

A sütununa təkrar məlumatların daxil edilməsini məhdudlaşdırmaq üçün Data Validation əmrindən istifadə edəcəyik. Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirmək lazımdır:

  1. A sütununu seçirik;
  2. Data –> Data Validation –> Allow hissəsində Custom seçimini edib Formula hissəsinə =COUNTİF(A:A,A1)=1 yazırıq;
  3. OK klikləyirik.

Beləliklə, artıq A sütununa eyni məlumatı 2 dəfə daxil etmək olmaz. Nəzərə almaq lazımdır ki, məhdudiyyət tətbiq olunmazdan əvvəl sütunda təkrar məlumatlar olubsa, onlar olduğu kimi qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir