Əlaqəli yazılar

Exceldə tarixi ay və həftənin gününə çevirmək (Text funksiyası)

Exceldə Text funksiyası vasitəsilə xanaya yazılmış məlumatı bir tipdən digərinə çevirmək və ya eyni tip daxilində məlumatın formasını dəyişmək mümkündür. Məsələn, bu funksiya vasitəsilə tarix tipində olan məlumatdan ayı və həftənin gününü ayıra bilərik.

  • =TEXT(B1,”MMMM”) verilən tarixdən ay adını seçib bütöv yazır;
  • =TEXT(B1,”MMM”) verilən tarixdən ay adını seçib 3 hərfini yazır;
  • =TEXT(B1,”DDDD”) verilən tarixdən həftənin gününü seçib bütöv yazır;
  • =TEXT(B1,”DDD”) verilən tarixdən həftənin gününü seçib 3 hərfini yazır.

Oxşar əməliyyatları MonthWeekday funksiyalar ilə də etmək mümkündür. Lakin bu funksiyalar müvafiq olaraq ayın və həftənin gününün indeksini qaytarır.

 


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.