Exceldə vaxtınıza qənaət edəcək əmrlər və qısayollar (davamı) - INNAB

Exceldə vaxtınıza qənaət edəcək əmrlər və qısayollar (davamı)

1.       Excel işçi vərəqinə iki və daha artıq sütunu (və ya sətiri) bir-bir əlavə etməmək üçün əlavə olunacaq qədər sütun (və ya sətir) seçib siçanın sağ düyməsinə klikləyərək açılan menyudan Insert əmrini seçmək lazımdır.

2.       Ardıcıllıqla Home->Font-> Borders ->More Borders əmrlərini icra edərək xanaya diqonal xətt əlavə etmək mümkündür.

3.       Bütün Excel vərəqini seçmək üçün əksəriyyətinizin bildiyi Ctrl+A kombinasiyasından əlavə vərəqin yuxarı sol küncünə klikləmək də eyni nəticəni verir.

4.   Sütundakı məlumatları başqa sütuna yerləşdirmək üçün sütun seçilir, sütun sərhəddindəki işarə oxşəkilli + formasını alanda məlumatları tutub başqa yerə yerləşdirə bilərik. Bu əməliyyat Ctrl+X kombinasiyasının alternatividir. Ctrl düyməsini sıxıb saxlasaq, sütundakı məlumatlar yerində qalmaqla başqa sütuna da köçürüləcək. Bu əməliyyat isə Ctrl+C kombinasiyasının alternatividir. Eyni əməliyyatları xanaya da tətbiq etmək olar.

5.   Ctrl və istiqamət düymələri vasitəsilə istənilən istiqamətdə Excel işçi vərəqinin sonuna hərəkət etmək mümkündür. Sütun üzrə sonuncu məlumat olan xanaya getmək üçün Ctrl və aşağı ox düymələrini birlikdə sıxmaq lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir