Exceldə xananın rənginin tapılması üçün 3 addım - INNAB

Exceldə xananın rənginin tapılması üçün 3 addım

Exceldə xanaları rəngləyə və bunlar üzərində fərqli əməliyyatlar apara bilərsiniz. Bunun üçün aşağıdakı işləri yerinə yetirmək lazımdır.

1. Formulas – Name Manager ardıcıllığını reallaşdıraraq eyni adlı pəncərəni açaq.

NewNameManager

2. New – buttonuna tıklayaq.

2.1 Açılan pəncərədə Name hissəsinə “XanaRengi” yazaq. (İstəkdən asılı olaraq bu mətni fərqli yaza bilərsiniz.)

2.2 “Refers to” hissəsinə =GET.CELL(63;INDIRECT(“rc”;FALSE)) funksiyasını yazaq.

Qeyd: Əgər, Siz yazarkən xəta çıxarsa nöqtəli vergülləri vergüllə əvəz edə bilərsiniz. =GET.CELL(63,INDIRECT(“rc”,FALSE)) )

Yuxarıdakı addımları reallaşdıraraq Siz xananın rəngini tapmaq üçün ilkin işləri yerinə yetirmiş oldunuz.

3. Hansı xananın rəngini tapmaq istəyirsinizsə həmin xananın üzərinə gələrək =XanaRengi yazın.

xanarengi

Funksiya Rəngin kodunu qaytarır. Hər bir rəngin özünə məxsus kodu vardır ki, onlardan da bəziləri aşağıdakılardır.

colors
UğurlarQeyd: Xananın rəngini dəyişdikdən sonra F9 düyməsinə tıklayaraq yeni kodu əldə edə bilərsiniz.

1 Response

  1. Vusal dedi ki:

    Men basa dusmedim bagisliyin, yeni alinmadi

Bir cavab yazın