Exceldə xanalara yazılan məlumatlara icazələrin verilməməsi - INNAB

Exceldə xanalara yazılan məlumatlara icazələrin verilməməsi

Bu yazımızda Exceldə xanalara yazılan məlumatlara icazələrin verilməməsi haqqında məlumat verəcəyik.

Fərz edək ki, Bizə aşağıdakı kimi bir cədvəl verilmişdir. Cədvəldə İşçilərin adları və onlara cari il ərzində veriləcək hədəflərə nümunələri verilmişdir. Bizdən tələb olunur ki, istifadəçilərə yalnız C sütununa məlumatları daxil etmə və ya dəyişmə icazəsinin verilməsidir. (A və B sütunlarına dəyişiklik edilə bilinməyəcək).

Bunun üçün aşağıdakı ardıcıllıqla əməliyyatları etmək lazımdır.

  1. C sütununu seçin
  2. Bu sütunda hər hansı xananın üzərinə gələrək siçanın sağ düyməsinə tıklayın
  3. Format Cells menyusunu seçin
  4. Protection tab menyusunda Locked hissəsində olan seçimi aradan qaldırın
  5. Review menyusunda Protect Sheet seçin.
  6. Açılan pəncərədə xananı bloklamaq üçün şifrəni daxil edin.
  7. Açılan yeni pəncərədə bir daha şifrəni daxil edin.                                                                                                                    sekil1Beləliklə, İstidadəçilər ancaq C sütununa məlumatları daxil edə və dəyişə biləcəklər. A və B xanalarındakı məlumatları dəyişmək istəsələr ekrana xəta mətni çıxacaqdır.

Bir cavab yazın