Əlaqəli yazılar

Exceldə aylıq faiz dərəcəsinin hesablanması (RATE)

Kredit –  Bu termin hər kəsə olduqca yaxın bir maliyyə terminidir. Günümüzdə banklardan kredit götürmüş şəxslərin sayı kifayət qədəridir. Bu yazımda kreditin aylıq faiz dərəcəsinin hesablanması haqqında yazacam.  Aylıq faiz dərəcəsinin hesablanması üçün RATE funksiyasından istifadə edilir.

Sintaksisi: =RATE(kredit ödəniləcək ayların sayı;ödəniş məbləği;kredit götürülən məbləğ)

Fərz edin ki, 1000 azn məbləği 12 ay müddətinə ayda 100 azn ödəniş etməklə kredit götürmüsünüz.

p1

Aylıq faiz dərəcəsini hesablayaq.

rate2

Aylıq faiz dərəcəsi 2.92% olduğu məlum oldu.

Qeyd edim ki, ya aylıq ödəniş məbləği və ya geri qaytarılacaq məbləğdən ikisindən biri mənfi olaraq funksiyaya daxil edilməlidir. (Bizim nümunədə aylıq ödəniş mənfi olaraq daxil edilmişdir.)

Ümid edirəm faydalı oldu. Növbəti yazılarımda digər funksiyalar haqqında yazacam.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.