Əlaqəli yazılar

Exceldə EDATE funksiyası

Exceldə bəzən qeyd edilən tarixdən müəyyən ay sonra hansı tarixin tapılması zərurəti yarana bilər. Məsələn, Sınaq müddətinə tabe tutulan bir şəxs 02.05.2015 tarixində işə başlayarsa onun 3 aylıq sınaq müddətinin bitmə tarixinin tapılması məsələsi gündəmə gələ bilər. Bunun üçün Exceldə EDATE funksiyasından istifadə edilir. 

Funksiyanın sintaksisi =EDATE(başlama tarixi;ay sayı) kimidir. Misalı aşağıdakı şəkildə icra edəriksə şəkildəki kimi nəticə alınacaqdır.

edate


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.