Əlaqəli yazılar

Exceldə Effektiv faiz dərəcəsini tapılması

Tez-tez mətbuatda bankların əmanətlərə görə elan etdiyi faiz dərəcələri barədə məlumat verilir. Deyək ki, hansısa X bankı əmanətlərə görə 10% faiz hesablayır. Əgər, Siz 1 0 000 AZN məbləği əmanət olaraq yerləşdirmək istəyirsinizsə ilin sonunda bu məbləğ 11 000 azn olacaq. Əgər, biz 10 000 azn məbləğin ilk 6 ayından sonra qazandıracaq məbləği götürmək istəsək, bu məbləğ 500 azn olacaq. Həmin faizdən gələn məbləği də əsas məbləğin üzərində əlavə etsək qeyd edilən məbləğ 10500 olacaq. Eyni şərt daxilində də biz bunu əmanət kimi yerləşdirsək yekunda      10 500*1.05 =11 025 AZN vəsait əldə etmiş olacağıq. 

Beləliklə, birinci halda biz illik 10 faiz gəlirlə əlavə 1 000 azn, ikinci halda isə 1 025 azn gəlir əldə etmiş olundu. Diqqət yetirdinizsə ikinci halda faizə də faiz hesablanmış oldu. İkinci yolla hesablanan faiz dərəcəsi EFFEKTİV faiz dərəcəsidir. EFFEKTİV faiz dərəcəsinin hesablanması üçün aşağıdakı düsturdan istifadə edilir.

((1+Nominal Faiz/Period)^Period)-1

Funksiyaya diqqət etdinizsə nəticə olaraq Effektiv faiz dərəcəsi Nominal faiz dərəcəsindən çoxdur.

Exceldə isə bu hesablamanı EFFECT funksiyası yerinə yetirir. Sintaksisi =EFFECT(Nominal faiz dərəcəsi,İllik Periodda təkrarlanma sayı) şəklindədir.

effect

Ümid edirik, faydalı olacaqdır.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.