Əlaqəli yazılar

Exceldə Macro ilə xana üzərində aparılan bəzi əməliyyatlar

Bu yazımda macro ilə xana üzərində hansı əməliyyatlar aparılır onlar haqqında danışmaq istəyirəm. İlk öncə onu bildirim ki, macroya aid məqalələri davamlı şəkildə əvvəlki yazılarımla paralel olaraq aparmaq istəyirəm. Ümid edirəm ki, macroya dair məqalələri bitirdikdən sonra məsələyə tam hakim olacaqsınız.

İndi isə vaxt itirmədən xana üzədində hansı əməliyyatlar olarsa, onları izah edirəm. Bu yazını tətbiq etməmişdən öncə linklərdəki yazılarımı oxumağınızı tövsiyə edirəm.

link1 link2

Makro yazmağa başlamaq üçün Developer menyusundan Visual Basic və ya Alt F 11 qısayolundan istifadə edərək adı çəkilən hissəni açaq.

Aşağıdakı kimi bir pəncərə görünəcəkdir.

printscreen

Aşağıda göstərdiyim kodları bu pəncərəyə yazacağıq. Çalışacam kodları proqramlaşdırmadan məlumatı olmayan oxuyucuların da başa düşəcəyi səviyyədə yazım.

İlk olaraq A1 xanasını seçək. Bunun üçün bir metod yazmalıyıq. Metod Sub Sözü ilə başlayın End Sub sözü ilə tamamlanır. Metodun adını yazdıqdan sonra mötərizənin açılıb bağlanması lazımdır. Kodların işləməsini istəyirsinizsə F5 qısayoluna tıklamaqla və ya RUN düyməsinə tıklamalısınız.

run

Sub XananinSecilmesi()

Range(“A1″).Select

End Sub

Biz bu yoldan alternativ yoldan da istifadə edərək xananı seçə bilərik. ALternativ yol aşağıdakı kimi olacaqdır.

Sub XananinSecilmesi()

Cells(1, 1).Select

End Sub

Burada mötərizədən sonrakı ilk 1 sətirləri, ikici 1 isə sütunları ifadə edir.

Beləliklə vb kodu ilə xananı seçmiş olduq.

Növbəti addım olaraq xanaya bir yazı yazaq.

Range(“A1″).Value=”BilikPaylashdiqcaArtar”

Xanaya rəy əlavə edək.

Range(“A2″).AddComment (“Test”)

Xananın fonunun rəngini dəyişib qırmızı edək.

Range(“A1″).Interior.Color = vbRed

Xanaya yazılan sözlərin şriftinin rəngini dəyişin yaşıl edək.

Range(“A1″).Font.Color = vbGreen

Xanaya yazılan şrifti qalınlaşdıraq.

Range(“A1″).Font.Bold = True

Xanaya yazılan şrifti italik edək.

Range(“A1″).Font.Italic = True

Xanaya yazılan simvolu qüvvətdə yazaq.

Range(“A1″).Font.Superscript = True

Xanaya yazılan simvolu indeksdə yazaq.

Range(“A1″).Font.Subscript = True

Xanaya yazılan mətnin aşağısından xətt çəkək

Range(“A1″).Font.Underline = True

Xanaya yazılan formatı qısa tarix formatında edək

Range(“A1″).NumberFormat = “dd/mm/yyyy”

Sütunun uzunluğunu ona yazılacaq yazı qədər kiçildək

Range(“A1″).Columns.AutoFit

Qeyd: Yuxarıdakı kodları bir metodun və ya ayrı ayrı metodların tərkibində yaza bilərsiniz.

Ardını növbəri yazılarımda yazacağam.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.