Əlaqəli yazılar

Exceldə müəyyən sözə görə şərtli formatlama

Sual: Shekilde A sutununda cumleler, C sutununda ise sozler var.

Meselenin sherti hansi cumelelerde ki, C sutunundaki sozler var onlari ferqlendirmek (ister reng yaxud bashqa bir elametle ferqlendirek ki sonra onlari sort etmek imkani olsun).
Yani, meselenin sonunda A2 ve A6 xanalarinda Qar ve Ev sozlerinden istifade olunduguna A2 ve A6 xanasini ferqlendirmek.

Cavab: Excel sənədində bu işləri görmək üçün şərtli formatlama (conditional formatting) deyilən bir alət var. İndi isə ondan necə istifadə edə biləcəyimizə keçək.

1. Hansı sütun şərtli formatlamaya məruz qalacaqsa o sütünü seçin.
home1
2. Home – Conditional Formatting -Highlight Cells Rules – Text that Contains menyusunu seçin
home2
3. Açılan pəncərədə birinci hissədə c1 xanasını seçin (qar sözü olan cümlələri) şərtli formatlanacaq).
home3
4. Açılan pəncədə ikinci hissədə qar sözü olan xanaların necə formatlanması formansını seçin. Bunun üçün Custom format Fills tabından qırmızı rəngi seçək. və ok düyməsini tıklayaq.
home4
Yuxarıda göstərilən əməliyyatları yerinə yetirməklə tərkibində qar sözü olan xanaların qırmızı rənglə formatladıq. Eyni ilə biz tərkibində ev sözü olan xanaları da yaşıl rəngdə formatlayaq (Əməliyyatlar təkrarlandığı üçün göstərmirəm)
Növbəti mərhələdə isə biz A sütununu Home-Sort&Filter-Custom sort menysunudan istifadə edək. Açıılan pəncərədə Sort On xanasından Cell Color seçək, Order başlığına hansı rəngi seçəcəyimizi On top etməklə isə seçilən rəngləri ən əvvələ ataq.
h1
Add Level etmekle digər rəngli xanaları da sort edə bilərik.
h2
Beləliklə, tərkibində qar və ev sözləri olan xanaları şərtli formatlamış və sıralamış olduq.
____________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar