Əlaqəli yazılar

Exceldə REPLACE funksiyası

Exceldə müəyyən mətni başqası ilə əvəz edilməsi üçün REPLACE funksiyasından istifadə edilir.

Sintaksisi =REPLACE(Mətn, Neçənci simvoldan başlayaraq əvəz etmə başlayacaq həmin indeks, Neçə simvol əvəz ediləcək, Hansı mətnlə əvəz ediləcək həmin mətn)

Məsələn, “Bilik Paylaşdıqca Artar” sözündə “Artar” sözünü “Çoxalar” sözüylə əvəz edək.

Bunun üçün A1 xanasına “Bilik Paylaşdıqca Artar” cümləsini B1 xanasına =REPLACE(A1,19,5,”Çoxalar”) funksiyasından istifadə edərək “Bilik Paylaşdıqca Çoxalar” cümləsi ilə əvəz edək.

replace


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.