Fənd 17/100: Məntiqi funksiyaların kombinasiyası nəticəsində lazımi şərtin tapılması. - INNAB

Fənd 17/100: Məntiqi funksiyaların kombinasiyası nəticəsində lazımi şərtin tapılması.

Aşağıdakı cədvəldə tələbələrin 2 semesterlik nəticələrinə uyğun olaraq ortalama balları verilmişdir. Aşağıda verilənləri nəzərə alaraq, dinamik bir cədvəl tərtib etmək üçün uyğun xanalara hansı funksiya yazılmalıdır? Və verilmiş tələbələrin ortalama ballarının hərf qarşılığı və aldıqları stipendiya nə qədər olacaq?

Nəzərə alsaq ki:

  • 91-100 balın hərf qarşılığı “A”, tələbənin bu bala uyğun aldığı stipendiya “150 AZN”;
  • 81-90 balın hərf qarşılığı “B”, tələbənin bu bala uyğun aldığı stipendiya “120 AZN”;
  • 71-80 balın hərf qarşılığı “C”, tələbənin bu bala uyğun aldığı stipendiya “90 AZN”;
  • 61-70 balın hərf qarşılığı “D”, tələbənin bu bala uyğun aldığı stipendiya “60 AZN”;
  •  qalan digər bütün hallarda isə, ortalama balın hərf qarşılığı olaraq “Tələbə kəsilib”, stipendiya hissəsinə isə “Tələbə stipendiya almır” yazılsın.

Excel Faylı F17

Qeyd:sualın çətinlik dərəcəsinə uyğun olaraq cavablandırılma müddəti 2 gündür.

6 Responses

  1. Tənzil dedi ki:

    Qeyd etdiyiniz tapşırıqda, müxtəlif funksiyalar vermək olar. Lakin siz orta balı özünüz tapdığınız üçün mənim onu tapmağıma ehtiyac qalmadı. Zəhmət olmasa uyğun funksiyanı mənə göndərərdiniz.

  2. Tənzil dedi ki:

    Ortalama balın hərf qarşılığı sütunundakı uyğun xanaya yazılacaq düstur: =IF(E2>=91;”A”;IF(E2>=81;B;IF(E2>=71;”C”;IF(E2>=61;”D”;”Tələbə kəsilib”))))
    Tələbənin alacağı stipendiya sütunundakı uyğun xanaya yazılacaq düstur: =IF(F2=”A”;”150 AZN”;IF(F2=”B”;”120 AZN”;IF(F2=”C”;”90 AZN”;IF(F2=”D”;”60 AZN”;”Tələbə stipendiya almır”))))

    Cavablar:
    Ortalama balın hərf qarşılığı və Tələbənin alacağı stipendiya:
    Əliyeva Günay – A, 150 AZN
    Cəfərov Rəvan – Tələbə kəsilib, Tələbə stipendiya almır
    Ələkbərov Nizami – C, 90 AZN

    • Rəşad Qurbanov dedi ki:

      Tənzil bəy sizin qeyd etdiyiniz funksiya lazımi nəticəni verir. Ancaq tapşırığın şərtinə uyğun olmadığına görə təəsüfki cavabınız düzgün qeydə alınmadı. Çünki:
      1.İstinad olaraq səhv xanaları göstərmisiz.
      2.Tapşırığın adında bizdən məntiqi funksiyaların kombinasiyasının tətbiqini istəyir. Siz isə yalnız bir məntiqi funksiyadan istifadə etmisiz.

      İştirak etdiyiniz üçün təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir