Fənd 18/100: Son 7 gün ərzində məhsulun satış miqdarının ortalama qiymətinin tapılması. - INNAB

Fənd 18/100: Son 7 gün ərzində məhsulun satış miqdarının ortalama qiymətinin tapılması.

Aşağıdakı cədvəldə tarixlər və hər tarixdə satılan məhsulun satış miqdarı verilmişdir. F1 xanasına hansı funksiya yazılmalıdır ki, həmin funksiya bizə ötürülən tarixlərdən son 7 gündə satılan məhsulların ortalama qiymətini qaytarsın?

QEYD: Cədvəl sabit deyildir. Hər günün tarixi və həmin tarixdə  satılan məhsulların miqdarı daxil edilir cədvələ. Buna görədə cədvələ nə vaxt və hansı ədədi daxil etməyimizdən asılı olmayaraq, yazılan funksiya dinamik olaraq həmişə son 7 gündə satılan  məhsulların miqdarının ortalama qiymətini qaytarmalıdır.

 

Excel faylı F18

Sualın çətinlik dərəcəsindən asılı olaraq cavablandırılma müddəti 5 gündür.

10 Responses

  1. Ibrahim dedi ki:

    =SUMIFS($B$2:$B$17;$A$2:$A$17;”>=”&LARGE($A$2:$A$17;7))/7

    • Rəşad Qurbanov dedi ki:

      Bəxtiyar bəy cavabınız düzgün qeydə alınmayıb. Çünki, sizin qeyd etdiyiniz funksiya bizə yalnız həmin vaxtda olan son 7 gündə satılan məhsulların ortalama qiymətini qaytaracaqdır. Yəni növbəti gün cədvələ yeni tarix və yeni say (həmin tarixdə satılmış məhsulların sayı) əlavə etdikdə cavabımız həmişə eyni qalacaqdır. Şərtdə isə qeyd edilib: cədvəl sabit deyildir. Hər gün yeni tarix və həmin tarixdə satılmış məhsulun miqdarı qeyd olunur.
      İştirak etdiyiniz üçün təşəkkür edirik.

  2. Namiq dedi ki:

    {=SUM(IF(A:A>LARGE(A:A,8),B:B,0))/7}

    • Rəşad Qurbanov dedi ki:

      Namiq bəy funksiyanın yazılışında səhvlər var. Bu səbəbdən funksiyanı tətbiq etmək olmur. Zəhmət olmasa cavabınızı excel faylı şəklində qurbanov.resad97@gmail.com adresinə göndərəsiz bu gün ərzində. Əks təqdirdə cavabınız düzgün olduğu halda belə, düz qeydə alınmayacaq. Çünki, sualın cavablandırılma müddəti bu gün bitir və yarışın qaydalarına uyğun olaraq cavablandırılma müddəti bitdikdən sonra verilən cavab düzgün qeydə alınmır.

  3. Emin dedi ki:

    =(B11+B12+B13+B14+B15+B16+B17)/7
    Əgər bu funksiyanı fx xanasına tətbiq etsək son 7günün satış miqdarının orta qiymətin tapmış olacıyıq.
    Xahiş nəticə haqqında mənə məlumat verin.

    • Rəşad Qurbanov dedi ki:

      Emin bəy cavabınız düzgün qeydə alınmayıb. Çünki, sizin qeyd etdiyiniz funksiya bizə yalnız həmin vaxtda olan son 7 gündə satılan məhsulların ortalama qiymətini qaytaracaqdır. Yəni növbəti gün cədvələ yeni tarix və yeni say (həmin tarixdə satılmış məhsulların sayı) əlavə etdikdə cavabımız həmişə eyni qalacaqdır. Şərtdə isə qeyd edilib: cədvəl sabit deyildir. Hər gün yeni tarix və həmin tarixdə satılmış məhsulun miqdarı qeyd olunur.
      İştirak etdiyiniz üçün təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir