Əlaqəli yazılar

Fənd 20/100: Məhsulun adına uyğun olaraq satış qiymətinin tapılması

Aşağıdakı cədvəldə məhsulun adı və satış qiyməti verilmişdir. Ancaq məntiqi funksiyadan istifadə edərək E2 xanasına hansı funksiyanı yazmalıyıq ki, D2 xanasına soldakı cədvəldə olan məhsullardan hər hansı birinin adını yazdıqda funksiya bizə həmin məhsulun cari qiymətini qaytarsın?

(Soldakı cədvəldə olmayan bir məhsul daxil edildikdə D2 xanasına funksiya bizə “Zəhmət olmasa məhsulu düzgün daxil edin”  bildirişini qaytarsın)

QEYD:məhsulun qiyməti sabit deyildir. Müəyyən vaxt ərzində qiymətlər dəyişir.

 

 

Excel faylı F20

Sualın çətinlik dərəcəsindən asılı olaraq cavablandırılma müddəti 3 gündür.

Yarışın qaydalarına uyğun olaraq cavablandırılma müddəti keçmiş suallara verilən cavablar qəbul edilmir.

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar