Əlaqəli yazılar

Fənd 21/100: İşə giriş və işdən çıxış tarixlərinə əsasən işçilərin maaşlarının hesablanması.

Aşağıdakı cədvəldə həftədə 6 günlük iş rejimi ilə işləyən (bazar günü istirahət) şirkətin işçilərinin ad və soyadları, işə giriş və işdən çıxış tarixləri verilmişdir. D sütununda olan uyğun xanaya hansı funksiya yazılmalıdırki, funksiya bizə işçilərin işlədikləri günlərə əsasən alacaqları maaşı hesablasın.

Nəzərə almaq lazımdır ki, əgər işçi

  • 600(daxil) və 800 gün aralığında işləyibsə, 1500AZN;
  • 400(daxil) və 600 gün aralığında işləyibsə, 1200AZN;
  • 200(daxil) və 400 gün aralığında işləyibsə, 900AZN;
  • 0 və 200 gün aralığında işləyibsə, 600AZN;
  • digər bütün mümkün hallarda isə «İşləməyib» yazılsın.

Excel faylı F21

Şərh bölməsində yazılan funksiyaların bəzi hissələri əks olunmadığından cavabları qurbanov.resad97@gmail.com email adresinə göndərərsiz zəhmət olmasa. Cavabı göndərərkən ad və soyad qeyd edərsiz. Sualın cavablandırılma müddəti bitdikdən sonra düzgün cavab və 21-ci fəndin qalibi paylaşılacaq.

 

QEYD:Sualın çətinlik dərəcəsinə uyğun olaraq cavablandırılma müddəti 5 gündür.

 

Sualın cavablandırılma müddəti bitdiyininə görə, düzgün cavab paylaşılır.

Excel faylı F21 (Düzgün cavab)

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar