Həftənin günlərinin şərtli formatlanması - INNAB

Həftənin günlərinin şərtli formatlanması

Tarix sıralamasında həftənin günlərinin şərtli formatlanması üçün Weekday funksiyasından istifadə olunur.

Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirmək lazımdır.

  • Şərtli formatlama tətbiq ediləcək xanalar seçilir və Home -> Conditional Formatting -> New rule əmri icra edilir. Açılan pəncərədə “Use a formula to determine which cells to format” seçimi edilir.
  • “Format values where this formula is true” hissəsinə bu funksiya yazılır: =WEEKDAY(A1,2)=7. Nümunədə bazar gününün şərtli formatlanması üçün funksiyanın nəticəsi 7 qeyd olunub. Həftənin günlərinə müvafiq olaraq rəqəmi dəyişməklə istənilən nəticəni əldə edə bilərsiniz. Funksiyanın yazılışında istifadə olunan 2 rəqəmi həftənin bazar ertəsi başlayıb bazar günü bitdiyini bildirdiyi üçün onu dəyişməyə ehtiyac yoxdur. A1 əvəzinə Siz müvafiq xanalar toplusunun ilk xanasını daxil edəcəksiniz.
  • Funksiyanı yazdıqdan sonra Format əmrinə klikləyərək istədiyimiz formatı tətbiq edib OK əmrinə klikləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir