İki ədəd arasındakı ədədlərdən ibarət siyahı hazırlanması - INNAB

İki ədəd arasındakı ədədlərdən ibarət siyahı hazırlanması

Exceldə Data Validation vasitəsilə siyahı hazırlamaq mümkündür. Fərz edək ki, aşağıdakı cədvəldəki kimi verilmiş konkret iki ədəd arasındakı ədədlərdən ibarət siyahı hazırlamaq lazımdır.

Bunun üçün aşağıdakı əməliyyatlar icra olunmalıdır:

  • Cədvələ köməkçi sütun əlavə olunur.
  • Həmin sütunda 1-dən 1000-ə qədər ədədlər yazılır. Əgər cədvəlinizdəki ədədlər böyükdürsə, sıranı uzada bilərsiniz. Fill series əmri ilə silsilə vahidi bir olan belə ədədi silsilə hazırlamaq mümkündür. Müvafiq ədədlər arasındakı ədədləri siyahıda göstərmək üçün köməkçi sütuna istinad olunacaq.
  • Siyahı hazırlamaq istədiyimiz xanaları qeydə alıb Data menyusundakı Data Validation əmrindən list seçimini edirik.
  • Source hissəsinə bu funksiyanı yazıb OK klikləyirik: =INDIRECT(“$C$”&A2+1&”:$C$”&B2+1)

Qeyd. Köməkçi sütundakı ədədlər ikinci sətirdən başladığı üçün funksiyanın tərkibində ədədlərə bir əlavə olunub (A2+1 and B2+1).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir