IM1: Sadə və mürəkkəb faiz - INNAB

IM1: Sadə və mürəkkəb faiz

Pulun zaman dəyəri, bu gün əlimizdə olan pulun investisiya ediləcəyi təqdirdə bizə nə qədər gəlir gətirəcəyi, və ya gələcəkdə bizə vəd edilən pulun bu günki dəyəri haqqında məlumat verir. Pulun zaman dəyəri haqqında daha ətraflı danişmadan əvvəl, sadə və mürəkkəb faiz ilə yaxından tanış olaq:

Sadə faiz dərəcəsi – əsas məbləğ üzərindən qazanılan puldur. Qazanılmış faiz gəliri üzrə faiz hesablanmır.

Misal: fərz edək ki, A bankına 1000 man illik 4% faiz dərəcəsi ilə (sadə faiz) 2 illik depozit yerləşdirilmişdir. 2 ilin sonunda nə qədər məbləğ əldə ediləcəkdir:

1

 

Hər ilin sonuna 40 manat, toplamda isə 80 manat faiz gəliri əldə edilir. Gördüyümüz kimi ikinci ildə 1040 manat üzrərindən yox əsas məbləğ (1000) üzrərindən faiz hesablandı.

Mürəkkəb faiz – faizlər, əsas məbləğ ilə əvvəlki dövrlərdə yığılmış və ödənilməmiş faizlərin cəmi üzərindən hesablanır. Buna “faiz üzərindən faiz” də deyilir.

Misal: fərz edək ki, A bankına 1000 man illik 4% faiz dərəcəsi ilə (mürəkkəb faiz) 2 illik depozit yerləşdirilmişdir. 2 ilin sonunda nə qədər məbləğ əldə ediləcəkdir:

2

 

Birinci ilin sonunda 40 manat, ikici ilin sonunda isə 41.6 manat, toplamda isə 81.6 manat faiz gəliri əldə edilir. Gördüyümüz kimi ikinci ildə 1040 manat üzrərindən faiz hesablandı.

Bu gün banka depozit olaraq qoyulmuş X manat N ildən sonra nə qədər olacaq? N ildən sonra Y manat əldə etmək üçün bu gün banka nə qədər depozit qoymaq lazımdır? Bu sullara cavab vermək üçün pulun zaman dəyərini hesablamaq lazımdır.

Pulun zaman dəyərinin 4 təməl düsturu:

  • Vahid məbləğin gələcək dəyəri
  • Vahid məbləğin cari dəyəri
  • Annuitet məbləğin gələcək dəyəri
  • Annuitet məbləğin cari dəyəri

Bir cavab yazın