IM2: Vahid məbləğin gələcək dəyəri (FV) - INNAB

IM2: Vahid məbləğin gələcək dəyəri (FV)

Vahid məbləğin gələcək dəyəri, bu gün əlimizdə olan pulun investisiya ediləcəyi təqdirdə bizə nə qədər gəlir gətirəcəyi haqqında məlumat verən konsepsiyadir. Aşağıdakı düstürla hesablanır:

FV = PV * (1+ i)n

FV – gələcək dəyər

PV – bugünkü dəyər

i – faiz dərəcəsi

n – dövr, müddət

Misal: əgər bu gün banka 100 AZN illik 10% mürəkkəb faiz dərəcəsi ilə 5 illik depozit qoyularsa, faizlərin illik hesablandığını nəzərə alsaq, 5 ilin sonunda əldə edəcəyimiz məbləği hesablayaq (fərz olunur ki, bu müddət ərzində depozit hesabımızdan pul çəkməmişik):

  1                                                   

PV = 100

i = 10% və ya 0.1

n = 5

FV = ?

FV = 100 * (1+ 0.1)5 = 161.051

Bizim haqqında danışdığımız gələcək dəyər faiz illik hesablanmaq şərtilə idi. Bəs faiz rüblük və ya dəvamlı hesablandıqda gələcək dəyər nə cür tapılacaq? Gəlin bunlara tək-tək izah verək:

Vahid məbləğin gələcək dəyəri (faiz rüblük hesablandıqda)

Misal: əgər bu gün banka 100 AZN illik 10% mürəkkəb faiz dərəcəsi ilə 5 illik depozit qoyularsa, faizlərin rüblük hesablandığını nəzərə alsaq, 5 ilin sonunda əldə edəcəyimiz məbləği hesablayaq (fərz olunur ki, bu müddət ərzində depozit hesabımızdan pul çəkməmişik):

İlk olaraq, müddəti və faizi tapaq. Faizlər rüblük hesablandığı üçün müddət N=5(il)*4(rüb)=20. Bizə verilən faiz illik faiz olduğu üçün rüblük faizimiz I/Y=10%(illik faiz)/4(rüb)=2.5%.

PV = 100

i = 2.5% və ya 0.025

n = 20

FV = ?

FV = 100 * (1+ 0.025)20 = 163.86

Vahid məbləğin gələcək dəyəri (faiz davamlı (continious) hesablandıqda)

Misal: əgər bu gün banka 100 AZN illik 10% mürəkkəb faiz dərəcəsi ilə 5 illik depozit qoyularsa, faizlərin davamlı (continious) hesablandığını nəzərə alsaq, 5 ilin sonunda əldə edəcəyimiz məbləği hesablayaq (fərz olunur ki, bu müddət ərzində depozit hesabımızdan pul çəkməmişik):

Faizlərin davamlı (continious) hesablandığı halda gələcək dəyər aşağıdakı düstürla hesablanır:

FV=PV*eRT

FV – gələcək dəyər

PV – bugünkü dəyər

R-faiz dərəcəsi

T-müddətdir

FV=100*e0.1*5 =164.87

Alınan nəticələrdən də görünür ki, faizlərin hesablanma periodu artdıqcan pulun gələcək dəyəri də artır.

Qeyd edək ki, maliyyədə faiz dərəcəsinin hansı period üzrə tətbiq olunduğu qeyd edilmirsə o həmişə illik faiz dərəcəsi olaraq götürülür.

 

                                                                       

2 Responses

  1. ismayil dedi ki:

    salam bey,
    axirda e emsalini anlamadim e neyi gosterir.
    tesekkurler

    • innab dedi ki:

      Salam, burada e riyazi emsaldir, ve teqriben 2.71-e beraberdir. Faizler illik, rubluk ve ya ayliq yoxda her saniyede hesablansa e emsalindan istifade edirik. Amma praktikada bele deyil adeten faizler illik hesablanir.

Bir cavab yazın