Əlaqəli yazılar

IM3: Vahid məbləğin bugünkü dəyəri (PV)

Vahid məbləğin bugünkü dəyəri, gələcəkdə bizə vəd edilən pulun bu günki dəyəri haqqında məlumat verən konsepsiyadır. Aşağıdakı düstürla hesablanır:

PV = FV * (1+ i) -n

PV – bugünkü dəyər

FV – gələcək dəyər

i – faiz dərəcəsi

n – dövr, müddət

Misal: əgər 5 il sonra bizə 161.051 AZN pul lazımdırsa, bankın faiz dərəcəsinin 10% olduğunu və faizlərin illik hesablandığını nəzərə alsaq, bu gün bizə nə qədər depozit yatırmaq lazımdır:

dd

 

FV = 161.051

i = 10% və ya 0.1

n = 5

PV = ?

PV = 161.051 * (1+ 0.1) -5 = 100

Bizim haqqında danışdığımız bugünki dəyər faiz illik hesablanmaq şərtilə idi. Bəs faiz rüblük və ya dəvamlı hesablandıqda bugünki dəyər nə cür tapılacaq? Gəlin bunlara tək-tək izah verək:

Vahid məbləğin bugünki dəyəri (faiz rüblük hesablandıqda)

Misal: əgər 5 il sonra bizə 161.051 AZN pul lazımdırsa, bankın faiz dərəcəsinin 10% olduğunu və faizlərin rüblük hesablandığını nəzərə alsaq, bu gün bizə nə qədər depozit yatırmaq lazımdır:

İlk olaraq, müddəti və faizi tapaq. Faizlər rüblük hesablandığı üçün müddət N=5(il)*4(rüb)=20. Bizə verilən faiz illik faiz olduğu üçün rüblük faizimiz I/Y=10%(illik faiz)/4(rüb)=2.5%.

FV = 161.051

i = 2.5% və ya 0.025

n = 20

PV = ?

PV = 161.051 * (1+ 0.025) -20 = 98.284

Vahid məbləğin bugünki dəyəri (faiz davamlı (continious) hesablandıqda)

Misal: əgər 5 il sonra bizə 161.051 AZN pul lazımdırsa, bankın faiz dərəcəsinin 10% olduğunu və faizlərin davamlı (continious) hesablandığını nəzərə alsaq, bu gün bizə nə qədər depozit yatırmaq lazımdır:

Faizlərin davamlı (continious) hesablandığı halda bugünki dəyər aşağıdakı düstürla hesablanır:

PV=FV*e -RT

PV – bugünkü dəyər

FV – gələcək dəyər

R-faiz dərəcəsi

T-müddətdir

PV=161.051*e -0.1*5 = 97.682

Alınan nəticələrdən də görünür ki, faizlərin hesablanma periodu artdıqcan pulun bugünkü dəyəri azalır.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.