IM5: Annuitet məbləğin cari dəyəri (PVA) - INNAB

IM5: Annuitet məbləğin cari dəyəri (PVA)

Annuitet məbləğin cari dəyəri – müəyyən bir müddət ərzində interval üzrə ödənilən sabit pul məbləğinin cari dəyəridir.

Annuitet məbləğin cari dəyəri (PVAO – ordinary annuity): pul axınları dövrün sonunda müşahidə edilir. Aşağıdakı düstürla hesablanır:

1

A – annuitetin məbləği

i – faiz dərəcəsi

n – dövr, müddət

Misal: Bankdan kredit götürürsünüz. Kreditin illik ödənişi  hər il ilin sonunda $200, müddəti 13 il, və faiz dərəcəsi 6% təşkil edir. Bankın faizləri illik hesabladığını nəzərə alsaq, bu şərtlər altında ödəyəcəyiniz məbləğin bu günki dəyərini hesablayaq:

2

 

3

Note (bu haqda elave meqalede etraflı izah veriləcəkdir): BAII plus kalkulyatorunda hesablamaq üçün  – N=13; I/Y=6; PMT=-200; CPT — PV=1 770.54

Annuitet məbləğin cari dəyəri (PVAO – ordinary annuity) pul axınları t1-dən sonra müşahidə edildikdə:

Misal: Bankdan pul götürürsünüz. 4 il ərzində hər il ilin sonunda ödəyəcəyiniz $100 ödənişin bu günki dəyərini hesablayaq. Fərz edək ki, ilk ödəniş ikinci ildən başlayacaqdır və bankın illik faiz dərəcəsi 9%-dir:

4

5

Tapdığımız $323.97  t2-də olan dəyərdi (PVA2). t0-da olan dəyəri tapmaq üçün biz vahid məbləğin bugünki dəyəri düstütrundan istifadə edəcəyik. Bu zaman PV2-dəki məbləğ ($323.97) bizim FV olacaqdır:

PV = FV * (1+ i) –n = 323.97*(1+0.09)-2 = 272.68

6

Annuitet məbləğin cari dəyəri (PVAD – annuities due): pul axınları dövrün əvvəlində müşahidə edilir. Aşağıdakı düstürla hesablanır:

PVAD = PVAO*(1+i)

Yəni, pul axınları dövrün əvvəlində olduqda, sadəcə olaraq bildiyimiz annuitet məbləğin cari dəyərini hesablayıb (pul axınlarının dövrün sonunda olduğunu fərz edirik) və (1+i)-yə vururuq.

Misal: Məsələn, illik faiz dərəcəsinin 10% olduğunu nəzərə alaraq, 3 il müddətinə, hər il ilin əvvəlində $100 ödənişin cari dəyərini hesablayaq:

9

 

PVAD = PVAO*(1+i) = 248.69 * (1+0.1) = 273.55

8

 

Şəkildəndə görünür ki, 3-cü ildə annuitet ödənişi yoxdur, bu ona görədir ki, 3-cü ilin annuitet ödənişi 2-ci ilin sonunda olmuşdur.

Note (bu haqda elave məqalədə ətraflı izah veriləcəkdir): BAII plus kalkulyatorunda hesablamaq üçün — ilk olaraq kalkulyator BGN moda keçirilir ([2nd] [BGN] [2nd] [SET] [2nd] [QUIT]); N=3; I/Y=10; PMT=-100;   CPT — PV=273.55

Nəzərə almaq lazımdir ki, yuxarıda göstərilən bütün misallarda, faiz dərəcəsinin illik hesablandığı qeyd olunur. Əgər faizlər aylıq ( rüblük və s.) hesablanarsa, ildə olan ayların (rüblərin) sayını, faiz dərəsinə (i) bölmək, dövrlərin (n) sayına vurmaq lazımdır. Bu haqda IM2: Vahid məbləğin gələcək dəyəri (FV)IM3: Vahid məbləğin bugünki dəyəri (PV) yazılarında misallar üzərindən ətraflı izah verilmişdir.

1 Response

  1. Xəzər dedi ki:

    Bunların testini də tətbiq etsəniz əla olar .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir