IM6: Xalis bugünki dəyər (Net present value - NPV) - INNAB

IM6: Xalis bugünki dəyər (Net present value – NPV)

Xalis bugünki dəyər investisiya imkanlarını müqayisə etmək və ya investisiya imkanının əlverişli olub olmadığını ölçmək üçün istifadə edilən metodlardan biridir. Bu metodda investisiyaya çəkilən xərclərin və investisiyadan gələcək gəlirlərin hər birinin, investisiyanın risk səviyyəsinə uyğun faiz dərəcəsi ilə bugünki dəyəri tapılaraq cəmlənilir və nəticədə alınan cavab müsbətdirsə investisiya əlvərişli mənfidirsə investisiya əlverişsiz olaraq qiymətləndirilir.

Daimi pul axınlarının (pul giriş və ya çıxışları) Xalis bugünki dəyərini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:

1

 Burada,

CFt = t tarixindəki gözlənilən net pul axınları

N = İnvestisiyanın müddəti

r = faiz dərəcəsi (Bu investisiyanın gəlirlilik faizidir. Yəni bu məbləğ bu investisiyaya qoyulmaq əvəzinə, bir banka depozit qoyulsa idi bankdan alınacaq faiz bu faizi ifadə edir (opportunity cost for the investment))

Xalis bugünki dəyəri daha yaxşı anlamaq üçün misal üzərindən baxaq: fərz edək ki, bir investisiya imkanımız var. Bu investisiyaya $5 milyon manat pul qoyuluşu tələb olunur. İnvestisiyanın birinci ilin sonunda $1.6 milyon, ikinci ilin sonunda $2.4 milyon və üçüncü ilin sonunda $2.8 milyon gəlir gətiricəyi praqnoz edilir. İnvestisiyanın gəlirli olub olmadığını hesablayaq (faiz dərəcəsini 12% götürək)? Bunun üçün biz pul axınlarının Xalis bugünki dəyərini hesablamalıyıq:

2

3

Nəticə: investisiya üzrə pul axınlarının xalis bugünki dəyəri 334 800 dollardır, bu o deməkdir ki, bu investisiya bugünə 12% (risk səviyyəsinə uyğun faiz dərəcəsi) dərəcəsi ilə hesabladıqda bizə 334 800 dollar gəlir gətirəcək.

BA II Plus Kalkulyatorunda hesablamaq üçün:

5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir