IM8: Xalis bugünki dəyər (NPV) və Daxili gəlirlilik faizi (IRR) arasında yaranan ziddiyyət - INNAB

IM8: Xalis bugünki dəyər (NPV) və Daxili gəlirlilik faizi (IRR) arasında yaranan ziddiyyət

Bir layihənin qəbul edilməsi və ya rədd edilməsi qərarı, digər bir layihənin qəbul edilməsi və ya rədd edilməsi qərarına təsir etmirsə bu iki layihə müstəqildir. Əgər iki layihədən biri,  digəri üzrə qərar qəbul edilməsinə təsir edirsə bu layihələr müstəsna hadisələrə aiddir (mutually exclusive events). Müstəsna hadisələr – hadisələrin eyni zamanda baş verməsi qeyri-mümkündür. Yəni, iki layihədən biri qəbul edilirsə digəri rədd edilir və ya əksinə, biri rədd edilirsə digəri qəbul edilir. Layihənin qəbul edilməsində əsas faktorlar Xalis bugünki dəyər (NPV) və Daxili gəlirlilik faizidir (IRR). Müstəsna layihələrdə isə Xalis bugünki dəyər (NPV) və Daxili gəlirlilik faizi (IRR) arasında ziddiyyətlər yaranır. Bu təqdirdə nə edilməlidir? Xalis bugünki dəyərə (NPV) yoxsa Daxili gəlirlilik faizinə (IRR) görəmi qərar qəbul edilməlidir? Bunu misal üzərində baxaq:

Misal: icrası eyni anda mümkün olmayan (mutually exclusive events) iki layihə üzrə Xalis bugünki dəyər (NPV) və Daxili gəlirlilik faizi (IRR) aşağıdakı cədvəldə qeyd edilmişdir. Daxili gəlirlilik faizinə (IRR) görə Layihə A-nın qəbulu məqsədəuyğundur. Digrə bir tərəfdən, Xalis bugünki dəyərə (NPV) görə isə Layihə B-nin qəbulu məqsədəuyğundur. Hansı layihə qəbul edilməlidir?

2

Cavab: Layihə A-nın qəbulu investora 2 272.72 dollar gəlir gətirəcək, lakin Layihə B-nin qəbulu investora 6 363.64 dollar gəlir gətirəcəkdir. İqtisadiyyatdan da bildiyimiz kimi, müəssisənin  başlıca məqsədi maksimum mənfəət əldə etməkdir Buna görə də, müəssisəyə ən çox gəliri Layihə B gətirəcəyi üçün Layihə B-ni qəbul etmək məqsədə uyğundur.

Nəticə: maksimum mənfəət əldə etmək üçün, Xalis bugünki dəyər (NPV) və Daxili gəlirlilik faizi (IRR) arasında ziddiyyət yarandıqda hər zaman Xalis bugünki dəyəri (NPV) böyük olan layihəni seçmək lazımdır.

Bir cavab yazın